Medianews.az
Azərbaycan Basketbol Liqasında VIII tura bir oyunla <span style=color:red>start veriləcək
102 baxış

Azərbaycan Basketbol Liqasında VIII tura bir oyunla start veriləcək

Azərbaycan Basketbol Liqasında VIII tura bu gün bir oyunla start veriləcək. “Report”un məlumatına görə, A qrupunda “Neftçi” NTD ilə üz-üzə gələcək. “Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 20:00-da başlayacaq. Hazırda “Neftçi” qrupda 5-ci, NTD isə 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 8 xalı var. Qeyd edək ki, VIII turun digər oyunları dekabrın 21-22-də keçiriləcək.

Bizə qoşulun