19.12.2024, 19:31
129 baxış
Azad
Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verdi
"İrəvan və Bakının komissiyaları delimitasiyasının sərhədlərin hansı hissəsində davam etdiriləcəyini müzakirə etmək üçün tezliklə görüşə bilərlər".
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Armenpress" agentliyinə müsahibəsində məlumat verib.
"Ermənistan və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub, bu isə o deməkdir ki, delimitasiya prosesi davam etməlidir. Düşünürəm ki, sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə etmək üçün yaxın vaxtlarda delimitasiya komissiyaları görüşəcəklər. Biz konkret, konstruktiv işə köklənmişik", - deyə Paşinyan delimitasiya prosesinin davam edib-etməyəcəyi ilə bağlı suala cavab verib.