Medianews.az
Gəncədə şagird şagirdi<span style=color:red> BIÇAQLADI
112 baxış

Gəncədə şagird şagirdi BIÇAQLADI

Gəncədə bıçaqlanma baş verib. Medianews.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. M. adlı oğlanın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir. Məlumata görə, məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdini bıçaqlayıb. Hadisənin dərsdən sonra baş verdiyi bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bizə qoşulun