Bu gönderiyi Instagram'da gör
15.12.2024, 14:46
123 baxış
Nailə
Göygölün suyu donaraq buz bağlayıb - VİDEO
Azərbaycanda qış fəslinin sərt hava şəraiti təbiətdə maraqlı mənzərə yaradıb.
BAKU.WS xəbər verir ki, Göygölün suyu aşağı temperatur səbəbindən tamamilə donaraq buz bağlayıb.
Bu təbii hadisə xüsusilə turistlərin və fotoqrafların diqqətini çəkib.
Qeyd edək ki, Göygöl Azərbaycanın ən gözəl və tarixi göllərindən biri olmaqla yanaşı, dəniz səviyyəsindən 1556 metr yüksəklikdə yerləşir.