13.12.2024, 08:31
193 baxış
Lamiyə
Zəif ağız gigiyenası bu xəstəliyə səbəb OLA BİLƏR
Zəif ağız gigiyenası erektil disfunksiya, 2-ci tip diabet və hətta alzheimer xəstəliyi də daxil olmaqla bir çox xəstəliklərin inkişafına səbəb ola bilər.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə alimlərin tətqiqatlarında yer verilib.
Alzheimer's Research UK demensiyanı araşdıran xeyriyyə təşkilatına görə, diş əti xəstəliyinə səbəb olan bakteriyalar beyinə daxil ola və neyronları məhv edə bilər, yəni demensiyaya səbəb ola bilər.
Bu mikroorqanizmlər ürək-damar sisteminə də zərər verir.
Stomatoloq Viktoriya Sampson bildirib ki, bu bakteriyalar qan damarlarının genişlənməsini çətinləşdirən dağıdıcı fermentlər ifraz edirlər və ütəxəssislər ağız boşluğunda iltihablanma ilə ciddi xəstəliklərin inkişafı arasında çoxdan əlaqə qurublar. O, alimlərin ağız boşluğu xəstəlikləri ilə kolorektal xərçəng arasında da əlaqə olduğunu qeyd edib.
Bildirilir ki, təhlükəli xəstəliklərin inkişaf riskini azaltmaq üçün ağız boşluğuna müntəzəm və düzgün qulluq etmək lazımdır. Ənənəvi diş fırçasından əlavə, elektrik fırçası, dil üçün təmizləyici və diş ipindən istifadə etmək vacibdir. Həmçinin dişlərinizə qulluq edərkən tərkibində natrium lauril sulfat olan diş pastalarından qaçınmalısınız.
Bundan əlavə, dişlərinizin və diş ətinizin sağlamlığı üçün kifayət qədər içmək vacibdir - bu, selikli qişaların qurumasının qarşısını almağa kömək edəcəkdir. Mütəxəssislərin fikrincə, tüpürcək ağız mikrobiomunun tarazlığını qorumaq, şəkərləri parçalamaq və zərərli bakteriyaları təmizləmək üçün vacibdir.
Paylaş: