10.12.2024, 08:29
154 baxış
Lamiyə
Miller: Suriyadakı Rusiya hərbi bazalarının gələcəyini suriyalılar özləri həll etməlidir
“Suriyadakı Rusiya hərbi bazalarının gələcəyini suriyalılar özləri həll etməlidir və Amerika tərəfinin bu məsələ ilə bağlı hər hansı məlumatı yoxdur”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“ABŞ-nin bu obyektlərlə bağlı mövqeyinə gəlincə isə, nəticədə bu qərarı ABŞ xalqı deyil, Suriya xalqı verməlidir”, - deyə xarici siyasət rəsmisi bildirib.
Eyni zamanda Miller əlavə edib ki, ABŞ Suriyada hakimiyyətə gələn qüvvələrin planlarından xəbərsizdir və onların Rusiyanın hərbi mövcudluğu ilə bağlı mövqeyini bilmir.