Medianews.az
Keşlədə sexdə yanğın - <span style=color:red>VİDEO
143 baxış

Keşlədə sexdə yanğın - VİDEO

Bakı şəhərinin Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində sexdə yanğın baş verib. Medianews.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının dördmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən sexdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən binaya yayılmasına imkan verilmədən söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 456 kv.m. olan taxta sexinin yanar konstruksiyaları 156 kv.m. sahədə, həmçinin hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 167 kv.m. olan boya sexinin yanar konstruksiyaları yanıb. Taxta sexinin böyük hissəsi və bina yanğından mühafizə olunub.

Bizə qoşulun