06.12.2024, 07:58
173 baxış
Lamiyə
Qəhvə insan ömrünü nə qədər uza bilər?
“Gündəlik qəhvə içmək ömrü uzadır”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu biotibbi elmlər professor Djastin Stebbinq deyib.
Stebbinqin sözlərinə görə, 400.000 insan üzərində aparılan araşdırma nəticəsində məlum olub ki, 12-13 il ərzində qəhvə içmək ölüm riskini aşağı salır.
Üstəlik, professor ən güclü təsirin gündə dörd-beş fincan içənlərdə müşahidə olunduğunu qeyd edib.
"Bu uzunömürlülük effekti qəhvənin müxtəlif xəstəliklərdən qoruyan xüsusiyyətlərinin məcmu təsiri ilə izah edilə bilər" deyə ekspert bildirib.
Professor aydınlaşdırıb ki, qəhvə ürək və insult, 2-ci tip diabet, qaraciyər xəstəlikləri, xərçəng və neyrodegenerativ xəstəliklərdən qoruya bilir.
Stebbinq qəhvənin başqa bir faydası kimi psixi sağlamlıq faydalarını qeyd edib. Onun sözlərinə görə, qəhvə içənlərin depressiyaya düşmə riski 20 faiz azalır.
Paylaş: