Medianews.az
Ukrayna ilə bağlı QIRMIZI XƏTLƏR - <span style=color:red>Rusiya nüvə silahı tətbiqindən NİYƏ ÇƏKİNİR?
205 baxış

Ukrayna ilə bağlı QIRMIZI XƏTLƏR - Rusiya nüvə silahı tətbiqindən NİYƏ ÇƏKİNİR?

“Ukrayna ağır situasiyalarla üzləşsə də, öz döyüş qabiliyyətini təkmilləşdirməyə və özünü uzunmüddətli perspektiv üçün dayanıqlı olmağa hazırlayır. Ukrayna Prezidenti Volodimir Zelenskinin Ali Radaya təqdim etdiyi 10 bənddən ibarət "Daxili dayanıqlılıq planı" Kiyevin müharibə fonunda strateji məqsədlərini müəyyən edir. Ukrayna 2025-ci il üçün müdafiə və təhlükəsizlik büdcəsini təxminən 54 milyard dollar olaraq təsdiqləyib. Bununla belə Ukrayna üçün problematik vəziyyəti həll etmək çətindir”. Bu barədə Medianews.az-a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov bildirib. O qeyd edib ki, Rusiya qoşunları cəbhə xəttini Ukraynanın şərqində genişləndirdiyi bir vəziyyətdə ukraynalı hərbçilər Pokrovsk istiqamətində rusların əməliyyat motivlərini qismən dəyişməyə nail olublar. Siyasi şərhçinin qənaətincə, Rusiyanın əhəmiyyətli irəliləyişlərinə nisbətdə bu, çox kiçik uğurdur: “Ukraynanın canlı qüvvə çatışmazlıqları onun əməliyyatlarına mənfi təsirlər göstərir. Aviasiya və artilleriya zərbələrindən sonra müdafiə xətti qura biləcək şəxsi heyət qıtdır. Ukrayna NATO üzvü olmadığına görə, Rusiyanın Ukrayna ilə bağlı qırmızı xətlər barədə hekayələri Şimali Atlantika Alyansını çəkindirir. Ukraynanın Rusiya ərazilərinə uzaq mənzilli raketlərlə zərbələr endirməsi də Kiyevin müdafiə qabiliyyətini əhəmiyyətli şəkildə artırmayacaq. Lakin, Moskva hərbi hədəflərə endirilən zərbələrin ağırlığını Ukrayna cəbhəsində təminat, təchizat problemləri kontekstində hiss edəcək”. Aqşin Kərimov deyib ki, Ukraynanın raket zərbələri Kurskda və Rusiyanın Ukrayna ilə sərhəd ərazilərində sabit donmuş cəbhə trayektoriyası yaratmayacaq: “Ukraynanın quru qoşunlarında hücum və möhkəmlənmək, xüsusilə Rusiya ərazilərində bunu etmək üçün taqəti yoxdur. Rusiya Ukrayna cəbhəsindən qoşunları dislokasiya etməyə tələsməyəcək. Onsuz da raket zərbələrindən müdafiə üçün heç canlı qüvvəyə ehtiyac da yoxdur. Bununla belə, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin paylanılması üzrə məhdudiyyətlər ola bilər ki, bu da Ukraynanın raket zərbələrini intensivləşdirmək qabiliyyətini artıra biləcək faktordur". Rusiyanın Nüvə Doktrinasını yeniləməsinə gəlincə, siyasi şərhçi vurğulayıb ki, bu, Kremlin cari situasiyaya nisbətdə nüvə silahından istifadə təhlükəsində kəskin, əsaslı dəyişikliyi ifadə etmir: "Sadəcə olaraq, Rusiya özünə qarşı Ukraynadan atılan raketləri Kremlin nüvə silahından istifadə edə biləcəyi şərtlər kimi müəyyən edən tezisləri inkişaf etdirir. Qitələrarası ballsitik raket bu məsələdə ilkin qorxutma aktıdır. Ancaq Moskva nüvə silahının tətbiqindən çəkinir”. Nailə QASIMOVA

Bizə qoşulun