Medianews.az
İran və ABŞ arasında GİZLİ SÖVDƏLƏŞMƏ: <span style=color:red>Yaxın Şərqdə münaqişələri başa çatdırmaqdansa...
141 baxış

İran və ABŞ arasında GİZLİ SÖVDƏLƏŞMƏ: Yaxın Şərqdə münaqişələri başa çatdırmaqdansa...

“İstər ABŞ-nin, istərsə də İsrailin İrana qarşı siyasəti rəsmi Tehranın Yaxın Şərqdə təsirini sürətləndirməyə və nüvə silahına doğru əhəmiyyətli irəliləyiş əldə etməsinə maneə yaratmayıb. Nəticə etibarilə ABŞ-nin Əfqanıstanla başladığı Yaxın Şərq siyasətinin yeni epoxasında İranla olan sövdələşmələri Tehrana yardımçı olub”. Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Aqşin Kərimov bildirib. O qeyd edib ki, ABŞ-nin İraqa müdaxiləsi ilə Tehran-Vaşinqton arasındakı gizli tərəfdaşlıq İranın Yaxın Şərq arenasında qeyri-dövlət aktorlarını yaratmağa kömək edib. Siyasi şərhçinin qənaətincə, İsrail İranla ABŞ arasındakı sövdələşmələr və hazırda davam edən nüvə danışıqlarının arasında qalmaqdansa, Vaşinqtonun xətlərindən kənara çıxmağı üstün bir siyasət kimi nümayiş etdirir: “Yaxın Şərqdə münaqişələrin sonlanmasındansa, mövcud eskalasiyalara idarəedici formada hökmran olmaq uğrunda region ölkələri ilə yanaşı, qlobal güclər kontekstində Rusiya, ABŞ və Çin arasında güclü rəqabət gedir. Bunun müşayiətində nə İsrailin, nə də İranın dünyaya fundamental baxışlarının dəyişəcəyi ehtimalları var. İranın xarici əlaqələri indi xüsusilə Rusiya və Çin tərəfindən gücləndirilir ki, bu da Tehranı təcrid etməyin çətinliklərini vurğulayır. İsrailin arxasında ABŞ dayansa da, Təl-Əviv təkbaşına uzunmüddətli strategiya qurmaq prinsipindən çıxış edir. Lakin bu da onun Pekinlə əlaqələrinə baxışda müştərək plan qurmaq ehtimallarını arxa plana atmır”. A.Kərimov deyib ki, İranın nüvə silahı həddinə yaxınlaşması fonunda İsraillə olan gərginliyi idarə etmək üçün Çinin vasitəçilik səylərinə analitik inam formalaşmaqdadır: “Çin Yaxın Şərqdə İranla Səudiyyə Ərəbistanının mütləq formada olmasa da, barışığına nail olub. Çin Fələstin daxilindəki problemləri həll etdikdən sonra bu ölkə ilə İsrailin mümkün danışıqlarında moderator qismində görünməyə həvəslidir. Yekunda Çin İsrail-İran konfliktinin daxilində uzunmüddətli strategiyasını həyata keçirmək üçün Tehran-Təl-Əviv danışıqlarının başladılması üçün düyməyə basa bilər”. Nailə QASIMOVA

Bizə qoşulun