Medianews.az
"İsrailin hücumlarına qətiyyətlə qarşı çıxacaq" - SEPAH Generalı
109 baxış

"İsrailin hücumlarına qətiyyətlə qarşı çıxacaq" - SEPAH Generalı

"Tehran Livan və Fələstində “müqavimət cəbhəsi”ni (proksi qüvvələri – red.) qoruyub saxlayacaq, İsrailin hücumlarına qətiyyətlə qarşı çıxacaq". Medianews.az  xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-leytenant Hüseyn Səlami deyib. Onun sözlərinə görə, İran İsrailin istənilən addımına cavab verəcək. “İranın oktyabrın 1-də İsrailə raket hücumu islam müqaviməti liderlərinin öldürülməsinə görə qan intiqamı idi”, - Səlami qeyd edib. Qeyd edək ki, İsrail bundan öncə müxtəlif vaxtlarda HƏMAS və “Hizbullah” liderləri İsmayıl Haniyə və Həsən Nəsrullahı məhv edib. Ayşən

Bizə qoşulun