31.05.2024, 13:09
59 baxış
Lamiyə
Demensiyanın ilk simptomu hansıdır? - Açıqlama
“Yaddaş itkisi demensiyanın ilk və əsas əlamətidir”
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu psixiatr Rebecca Amarillo deyib.
Həkim qeyd edib ki, yaxınları insanın səhhətindəki dəyişiklikləri həkimlərdən daha tez aşkar edə bilir.
“Biz başa düşürük ki, Alzheimer xəstəliyinin törətdiyi beyin dəyişiklikləri xəstələrdə həkimlər tərəfindən aşkar edilən simptomların görünməsindən çox əvvəl başlayır. Alzheimer xəstəliyi və demansda beyin hüceyrələrini öldürdüyü güman edilən zülal topakları çox sonra aşkar edilir”, - deyə psixiatr şərh edib.
Amarillo deyir ki, bilişsel pozğunluğu mümkün qədər erkən diaqnoz etmək üçün yaxınlarınızın yaddaşındakı dəyişikliklərə diqqət yetirmək vacibdir.
Medianews.az