Medianews.az
Ramazanda  sizi tox tutacaq qida
64 baxış

Ramazanda sizi tox tutacaq qida

Tanınmış türkiyəli   alim Canan Karatay Ramazan ayının başlanmasına bir neçə gün qalmış  sağlam qidalanma ilə bağlı önəmli açıqlama verib. 

 Medianews.az xəbər verir ki, çörək, şəkər kimi qidaların sağlamlığa zərərli olduğunu davamlı dilə gətirən  Canan Karatay qaynadılmış yumurtanın orqanizmə inanılmaz təsirlərini açıqlayıb. 

Həkim bildirib ki, kənd yumurtasının faydaları olduqca çoxdur və sahurda bu qidanı yemək olduqca faydalıdır.

"Gündə sahurda  iki dənə yumurta yemək orqanizm üçün çox əhəmiyyətlidir. Yüksək miqdarda kalsium və zülal ehtiva edən yumurta  vam xodda  qaynadılmalıdır. Sahurda yumurta yeyilməlidi.  Yumurta  gün boyu insan üçün  enerji, minerallar, yağlar təmin edə bilər.  Xolesterinizi yüksəldəcəyindən qorxmayın. Çünki yumurtanın sarısında olan xolesterin heç vaxt qana getmir. Yumurta istehlakı orqanizmi xəstəliklərə qarşı daha davamlı edir. Tərkibindəki amin turşusu orqanizmi qidalandırır. Əzələlərin və sümüklərin inkişafını təmin edir. Gözü  qoruyur. Yaddaşı gücləndirir. Beyin sağlamlığı üçün çox faydalıdır. Bədəndə dəmirin miqdarını artırır.  Bədənin protein ehtiyacını ödəyir. Uşaqları infeksiyalardan qoruyur. Piylənmə riskini azaldı. Yumurta bir çox vitamin və mineral ehtiva edir. Ürək sağlamlığını qoruyur. Müəyyən miqdarda yumurta istehlakı immunitet sistemini gücləndirir".

 Medianews.az 

Bizə qoşulun