18.08.2022, 20:11
326 baxış
Gurban Alakbar
Zelenski Rusiya ilə danışıqlara başlamaq üçün şərti açıqlayıb
Moskva ilə danışıqlar yalnız rus qoşunlarının işğal etdikləri Ukrayna ərazilərini tərk etdikdən sonra mümkündür.
Bu fikirləri Ukrayna prezidenti Vladimir Zelenski Lvovda Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreşlə aparılmış danışıqların yekununda bəytan edib.
“Sülh danışıqlarını başlamaq üçün əvvəlcə Rusiya işğal etdiyi əraziləri tərk etməlidir” - deyə o söyləyib.