01.07.2022, 12:08
314 baxış
TURAN
Rusiyada bütün Covid-19 məhdudiyyətləri ləğv edildi
Rusiyada koronavirusa yoluxanların sayının son 4 ayda azalması bütün tədbirləri ləğv edib.
Medianews.az xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) verdiyi açıqlamada, Covid-19 ilə mübarizə çərçivəsində tətbiq edilən bütün məhdudiyyətlərin aradan qaldırıldığı açıqlanıb.
"Yoluxma hallarının sayının azalması ilə əlaqədar maska tətbiqi, gecə saatlarında restoranların bağlı saxlanması və digər tədbirlər dayandırılıb", - deyə məlumatda deyilir.
Bildirilib ki, son 4 ayda yoluxma halları davamlı olaraq azalıb və hazırda aşkar edilən yoluxmaların 93 faizi yüngül və ya asemptomatikdir. Bildirilib ki, bu yay Omikron mutasiyasının Covid-19 infeksiyalarının artmasına səbəb olacağı gözlənilmir. Bununla belə, yoluxmaların sayı artarsa, tədbirlərin yenidən tətbiq oluna biləcəyi vurğulanıb.
Rusiyada dərc olunan son məlumatlara görə, son 24 saatda ölkədə 3 min 155 yeni yoluxma aşkar edilib, 53 nəfər ölüb, 3 min 388 nəfər sağalıb. Ümumi yoluxma sayı 18 milyon 433 min 394, can itkisi isə 381 min 165-ə yüksəlib. Virusu məğlub edərək sağalanların sayı 17 milyon 861 min 605-ə yüksəlib.
Ölkədə koronovirusa qarşı ilk doza peyvənd alanların sayı 92 milyon 687 min 754, iki doza peyvənd alanların sayı isə 88 milyon 298 min 127 nəfər olub.
Leyla