24.06.2022, 09:34
93 baxış
TURAN
Rusiya hərbi nəqliyyat təyyarəsində bədbəxt hadisə: 4 ölü
Rusiyanın qərbindəki Ryazan şəhərində içərisində 9 nəfərin olduğu "İlyuşin İl-76" tipli hərbi nəqliyyat təyyarəsi sərt eniş edib.
Medianews.az xəbər verir ki, əraziyə təcili yardım qrupları göndərilib. Rusiya mətbuatının verdiyi məlumata görə, enişdən sonra alovlanan təyyarədə olan 4 nəfər həyatını itirib.
Xəsarət alan 5 nəfərin xəstəxanaya çatdırıldığı bildirilib.
Leyla, Medianews.az