Medianews.az
Alimlər xəbərdarlıq edir: Telefona baxmaq ömrü qısaldır
65 baxış

Alimlər xəbərdarlıq edir: Telefona baxmaq ömrü qısaldır

ABŞ-dakı Buck İnstitutunun araşdırmalarının nəticəsində məlum olub ki, telefon ekranına uzun müddət baxmaq həm gözlərə, həm də digər orqanlara zərər verir. Medianews.az xəbər verir ki, mütəxəssislər meyvə milçəkləri üzərində apardıqları araşdırmada ekran işığına daha az məruz qalanların daha uzun yaşadığını müəyyən ediblər. Mütəxəssislər belə işıqların insan orqanizminə uzun müddət zərər verdiyini açıqlayıblar. Elm adamlarımın sözlərinə görə, uzun müddət ekranlara baxmaq gözlərdə iltihaba səbəb ola bilir. Araşdırmaya rəhbərlik edən professor Pankaj Kapahi bildirir ki, uzun müddət kompüter və telefon ekranlarına baxmaq və işıq çirkliliyinə məruz qalmaq nizamı pozur. O, gözün immunitetini zədələyir və görmə qabiliyyətindən kənarda bədənin qalan hissələrinə və beyinə zərər verir. Mütəxəssislər, göz sağlamlığı ilə ümumi sağlamlıq arasında əlaqə olduğuna da diqqət çəkiblər. Alimlər onu da vurğulayıblar ki, ekrana uzun müddət baxmaq insan ömrünü qısaldır. Leyla, Medianews.az

Bizə qoşulun