Medianews.az
Vahe Avetyanla Əkrəm Əylisinin dialoqu (fantaziya)
295 baxış

Vahe Avetyanla Əkrəm Əylisinin dialoqu (fantaziya)

img2022709 - Salam, Əkrəm-can, necəsən, qardaş? - Barev dzez, Vahe. Yaxşıyam, inç pes yek? - Mən də yaxşıyam, qardaş. Burda səni incitmirlər ki? - Voç, axper can. Arada sizin dildə desək, davaçan deyirlər, yəni vətən xaini... - Ara, onu mənə də deyirlər. Hələ ürəkləri soyumur, matniç də deyirlər. Yəni satqın. Dərd eləmə... - Sən də bunu özünə vişt eləmə. Biz “vətən xainləri” dözümlü olmalıyıq. Yəni taneli, hamberatar. Adə, Vahe, sən mənim yazdıqlarımı oxumusan? - Hə, oxumuşam. Axırıncı yazdığını da, maşallah, bolori ermənilər oxuyub. - İrok? Adə, bizimkilərin heç 1 faizi oxumayıb, amma 91 faizi söyür... - Öz aramızdır, Əkrəm-can. Sən də barıtı bir az çox eləmisən də. Zülmə qalsa, bizim axperlər sizə daha çox anardarutyun ediblər, amma sən birtəfəli yazmısan. - Voç, Vahe. Bizimkilər də arada sizinkilərə çox anardarutyun ediblər, hələ anhanqstutyun da veriblər. - Xətrimə dəyirsən. Böyüyümsən, əkəmsən, amma mən öz azgımı, camaatımı tanımırammı? - Vahe, sənin bizimkilərin canında olanları bilmirsən. Bax, görürsən, burda sənə necə hörmət qoyurlar. Amma mənim pensiyamı kəsiblər. - A kişi, nə pensiya, nə tvoşak? Məni ölkədən qovublar ey. Sinnimin bu vaxtında otarakan olmuşam İsveçdə. - Mən də gedirdim də. Aeroportda üzümə durdular ki, adam döymüsən. “Döydüyüm” adam iki mən boydaydı. Sən astvas, mən adam döyənə oxşayıram? - Nə bilim, vallah. Səni tanıyanlar deyir ki, cavanlıqdan davakarsan. - A mard, davakarlıq başqa, cığallıq başqa. Mənə cığal deyirlər, amma davakar demirlər. Cığal bilirsən nədi? - Bilirəm. Biz cığala anvayel deyirik. Bizim camaatın o işdə üzü ağdır. - Heç bizi demirsən. Biz anvayellikdə sizdən geri qalmarıq. Məsələn, səncə, dolmanı birinci kim bişirib. Deyə bilərsən? - Əkə, məncə, dolmanı birinci üzüm tənəyi əkənlər bişirib. Amma üzümü kimin birinci əkdiyini, düzü, bilmirəm. - Bəs “Sarı gəlin”i birinci kim oxuyub? - Nə bilim, ay qardaş. Hər kim oxuyubsa, yenə oxusun da. Əllərindən alan var? Bunlar boş-boş şeylərdir. - Bəs Qarabağ kimindir? - Bax, bu yaxşı sualdır. Qarabağ sizindir. Mianşanak. Yəni birmənalı. - Sən öl, inciyərəm. Ermənilərin də orda yaşamaq haqqı var. - Kim nə deyir ki. Yaşasınlar da. Dinc otursunlar, yaşasınlar. - Heç bilirsən, o vaxt, sovet dövründə Bakıda ermənilərlə necə can-ciyər idik? - Bilirəm. İrəvanda da o cür idi. Amma bizimkilər mehribanlığın içinə turd qoydular. - Hə, bizimkilər də arada yapdılar divara. - Sizdə günah yox idi, hamısını bizimkilər elədi. - Elə demə. Belə deyirsən ki, sənə davaçan, matniç deyirlər də. - Bu məni sarsap eləmir, yəni qorxutmur. - Sənə nə var, gedib oturmusan İsveçdə. Burda mənim kitablarımı yandırırlar. - Sovet vaxtı yazdıqlarını da? Onları niyə? - Qurunun oduna yaş yandırmaq məsələsidir. - Düzünü de, qardaş. Sən o “Daş yuxuları” Nobel mükafatı almaq üçün yazmışdın? - Yox, ə, sən öl. Nə Nobel? Nobel aldığım deyildi, burdan-bura Nobel prospektinə çıxa bilmirəm. Amma sən İsveçdəsən, belə davam etsən, bir gün elə ordaca sənə mükafat verəcəklər. Deylənə görə, davaçanlara verirlər. - Ara, mən sizin üçün çalışıram. Deyirəm, sülh olsun, barışıq olsun. Nobelyan mrtsanaki vecimə də deyil. - Yəni versələr, götürməzsən? - Niyə götürmürəm? Bob Dilandan əskik oğlan deyiləm ki. Amma mükafatdan ötrü erməniliyimə sala bilmərəm. - Öz millətini heç vaxt aşağılama, axper. - Bunu mənə kim deyir? Sən də öz millətinin qədrini bil, paron varpet. Yəni hörmətli ustad. - Paronun artıq olsun. - Arada gəl İsveçə, qonağım ol. - Ağlın özünə getməsin, məni Bakı aeroportundan buraxmırlar. - Gəl, belə edək. Mən mijnordutyunluq, yəni vasitəçilik edim, Azərbaycan hökuməti ilə sənin aranı düzəldim.. - Yox, axper, alınmayacaq. Sən mijnordutyunluq edincə, məni aşkharhik edəcəklər.

Bizə qoşulun