Keçən il bu vədələr bir neçə həmkarımızla birlikdə Kiyevə getmişdik. Borispol aeroportunda çamadanlarımızı götürüb şüşəbənddən açıq havaya çıxar-çıxmaz, yol yoldaşımız Cavid İsmayıl səhrada yeddi saat yol gəlmiş və susuzluqdan təşnə olmuşlar kimi cibindən siqaret çıxarıb damağına qoydu.
Təyyarəyə alışqan buraxılmadığı üçün onun cibində alışqan yox idi, ona görə də həmkarımız yol keçənin birindən alışqan alıb tütün məmulatını odladı. Heç bir qüllab vurmamışdı ki, bir yekəpər görəvli onun başının üstünü aldı, dedi, olmaz, cərimə olunursunuz.
Biz də söhbətə qarışdıq, dedik, buralı deyilik, qonağıq, buranın qayda-qanunlarını bilmirik, ona görə də güzəşt edin. Allah tərəfi, ukraynalı tütün polisi Azərbaycandan olduğumuzu bilən kimi dedi, sırf azərbaycanlı olduğunuz üçün sizə güzəşt edirəm, amma siqaretinizi burda yox, on metr o tərəfdə çəkin.
Biz gəldik həmin o deyilən yerə, Cavid siqaret çəkilməsi üçün ayrılmış dirəyin dibində dayanaraq və özü kimi zərərli vərdiş sahiblərinə qoşularaq siqaretini sümürdü, rahatlandı, həyata yeni və coşqulu baxışlarla baxmağa başladı və biz vardıq, getdik işimizin dalınca.
Doğrusu, Ukraynadakı bu durum ilk dəfə 33 il əvvəl peşəkar səviyyədə siqaret çəkməyə başlamış (yəni siqaret qutusu alıb cibinə qoyan) və axırıncı dəfə 33 il öncə Ağdam bazarından 5 manata aldığı dolu “Marlboro” qutusunu bir kənara ataraq zərərli vərdişinə son qoymuş biri kimi, mənə ləzzət elədi. Dedim, keşkə, bizdə də belə olaydı.
Ertəsi gün Kiyevdə fikir verdim ki, kafe-restoranlarda siqaret çəkilməsi qadağandır. Yalnız bəzi restoranlarda siqaret çəkənlər üçün ayrı, çəkməyənlər üçün başqa zal var. Bu zalların arasındakı fərqi deyim.
Birincidə bir boş masa yox idi, hətta insanlar eşikdə növbə gözləyirdilər, ikinci zalda isə n qədər boş masa vardı. Amma siqaret aludəçiləri gəlib orda oturmurdular, gözləyirdilər ki, siqaret çəkməyə icazə verilən zalda masa boşalsın. O zalda tüstüdən göz-gözü görmürdü, sanardın ki, içəridə porsuqboğma əməliyyatı gedir. (Bilməyənlər üçün deyim ki, kənd yerlərində qaçıb dəliyə girmiş porsuğu dərin yuvasından çıxarmaq üçün yuvanın ağzında ocaq qalayır, tüstüsünü yellədib yuvaya doldururlar və porsuq tüstüyə dözməyərək özünü bayıra atır).
Hələ o da məlum oldu ki, hər gün azərbaycanlılar Ukraynada icazə verilməyən yerlərdə siqaret çəkdikləri üçün cərimələnirlər və hətta səfirlikdə buna dair statistika var. Görünür, hamıya anlayışlı görəvlilər rast gəlmir.
Budur, deputat Hadı Rəcəbli tütün məhsullarının məhdudlaşdırılacağı yerlər barədə müjdə verib, deyib ki, müvafiq qanun layihəsi qəbul olunduqdan sonra aeroport, avtobus, taksi, kinoteatr, məktəb, restoranlar və digər yerlərdə əvvəlki qaydada siqaret çəkmək qadağan olunacaq.
Yəni siqaret (eləcə də qəlyan) çəkməyin qadağan olunduğu yerlərin siyahısı bir az da genişləndiriləcək. Çəkənlər cərimə olunacaq, bir növ tüstü vergisi verəcəklər.
Məndən olsa, o siyahıya metro tunellərini də əlavə edərəm. Çünki bəzi təşnə adamlar metrostansiyanın şüşə qapısından çıxan kimi siqaret odlayır, tüstülədə-tüstülədə tunellə hərəkət edir. Orda da hava çıxan yer yoxdur, bir yanan siqaret tunelin bütün atmosferini korlayır. Adam istəyir ardınca getdiyi siqaretçəkənə çatsın və heç nə demədən peysərinə bir qapaz tutuzdursun, yalnız ondan sonra desin ki, yaramaz, bunu açıq havaya çıxanda yandır də, nə xəbərdir, tuneldə çəkməsən, öləcəksənmi...
Hər halda, Hadı müəllim deyir ki, bundan sonra hər kəs istədiyi yerdə siqaret çəkə bilməyəcək, ola bilər ki, hansısa dayanacaqlar da ictimai yer hesab olunsun.
“Hansısa dayanacaqlar” söhbəti bir az müəmmalı qalır. Yəni şəhərin mərkəzindəki dayanacaqlar ictimai yer hesab olunacaq, amma Binəqədi, Qaradağ tərəfdəki dayanacaqlar ictimai yer hesab olunmayacaq? Belə şey olmaz. 1-dən artıq insanın durduğu yer istisnasız olaraq ictimai yerdir.
Onu da deyim ki, istənilən qadağa və məhdudlaşdırmalar siqaret çəkənlərin sayını azaltmayacaq. Bu elə bir şoqəribdir ki, çəkən onsuz da çəkəcək və məcbur qalmadıqca tərgitməyəcək. Sadəcə, bu qadağanın bircə xeyri var ki, siqaret çəkməyənlər çəkənlərin tüstüsündə durmayacaq.
P.S. Bizim dövrümüzdə siqaretə yeni başlayan uşaqların evdə “səndən siqaret iyi gəlir” iradına qarşı belə bir klişe bəhanələri vardı: “Çəkənlərin yanında durmuşdum”.
21.10.2016, 06:42
426 baxış
Samir Sarı
Tüstü vergisi