Banka borclu olanın yerinə ona zamin duranın tutulması nə qədər anektoda oxşasa da, belə bir hadisə baş verib və bu tragikomik hadisə bir çox zamnilərin canına qorxu salıb.
Müşahidələr belə göstərir. Dünənə qədər Araz aşığından, Kür qasığından (zərbül-məsəlin dəqiq ifadəsi belə olmalıdır, məncə) olan, “Allahıma şükürlər olsun, heç bir banka bir qəpik də borcum yoxdur” deyə devalvasiyanın fəsadlarını vecinə almadığını bildirən adamlar bu gün qəfildən əndişələniblər, yadlarına düşüb ki, bay, özlərinin borcu yoxdur, amma qardaşları (qayınları, dostları) bankdan kredit götürəndə onlara zamin durublar.
Bu, əlbəttə ki, vəziyyəti dəyişir. Demək ki, başqalarına zamin durmaq, türkün sözü, kefil olmaq da bir şey deyilmiş, adamın kefini qaçıra bilərmiş.
Bank rəhbərlikləri bunu yaxşı fikirləşiblər. Maşalllah olmasın heç. Görün, necə ağıllıcadır: krediti olan adamdan pulunu ala bilmirsən, dirəşib vermir, tutulmaqdan da qorxmur və deyir, “cəhənnəmə tutun”, amma onun zaminini tutursan və zaminin ailəsi gedib borclunun qapısına dirənir ki, a baiskar, sənə görə ərimi (qardaşımı, oğlumu) tutublar, canın çıxsın, pulunu ver.
Bu durumda borclunun burcutmaq yeri yoxdur, qohum-qardaşıyla düşmən olmaqdan qorxacaq və borcunu vermək üçün pul-para tapıb düzəldəcək. Əlbəttə, az-az elə həyasız adamlar da olacaq ki, deyəcəklər, yoxumdur, vermirəm, öldür məni. Elə olanda bəzilərini doğrudan da vurub öldürmək istəyəcəklər. Amma bunu bank rəhbərliyi etməyəcək, zaminlərin ailəsi edəcək.
Ona görə də güman olunur ki, bu “islahat”dan sonra banka borcu olanlar və devalvasiya səbəbindən onu qaytara bilməyənlər başqa şey fikirləşməli olacaqlar. Dünənə qədər onlar bir-birinin ağzına tüpürübmüş kimi deyirdilər: “Pulum yoxdur, verməyəcəm. Qoy tutsunlar”.
Banklar da hiss edirdi ki, borcluları kütləvi şəkildə məhkəməyə vermək, sonu görünməyən məhkəmə çəkişmələrinə iştirak etməklə pullarını geri ala bilməyəcəklər. Amma zaminin tutulması presedenti borcluları da, zaminləri də qorxuda bilər.
Əsas məsələ insanları qorxutmaqdır. Qorxmayan insanla çətindir. Amma adam qorxdusa, gətirib borcunu da verəcək, nə desələr, onu da edəcək. Budur, zaminlər qorxub və artıq zamin durduqları borcluları qorxutmağa başlayıblar.
Dünən əmoğlusuna zamin durmuş bir yaxın adam mənim yanımdaca yarızarafat-yarıgerçək tonda zəng edərək ona xəbərdarlıq etdi: “Əmoğlu, yəqin xəbərin var (məlum oldu ki, əmoğlunun heç nədən xəbəri yoxdur), daha borclulara dəymirlər, zaminləri tuturlar. Birdən bankın pulunu qaytarmazsan, sən öl, qaqanı basarlar içəri, sonra qalarsan dalımca peredaça daşıya-daşıya”.
O da o başdan nə dedisə, bəridəki əmoğlunun kefi kökəldi, dedi, bilirəm, eləməzsən, amma eləsən, bil ki, qaqanı mələdəcəklər.
Görünür, mehriban əmoğlulardı, asanca anlaşdılar. Bəs birdən əmoğlu, dəbdə olan ifadə ilə desək, “moşennik” (dələduz) çıxsaydı, necə olacaqdı? Heç zad. Qanqaraçılıq olacaqdı, qırğın-qiyamət qopacaqdı. Zərərçəkən tərəf deyəcəkdi: “Pislik elədim? Batıb gedirdin, itə də borcun vardı, zamin durdum, həyatını xilas elədim. İndi yaxşılığımın əvəzi budur?” Borclu da şərq dələduzları kimi konkret mövqe ortaya qoya bilər: “Ağlın olaydı, eləməyəydin”.
Bax, bu cür situasiyaların yaranmaması üçün adam gərək zamin durmaq məsələsində məsuliyyətli olsun. Hər adama zamin durmaq olmaz.
Məsələnin hüquqi tərəfinə gəlincə, bunu gərək hüquqşünaslar desin, bu nə dərəcədə qanunauyğundur, necə ola bilər ki, borcu alıb-qaytarmayan qalır qıraqda, zamin duranı tuturlar.
Bir qeyri-vəkil yoldaş var, o deyir ki, bu, bank-maliyyə sistemində yengəlik institutunun bərqərar deməkdir. Adam deyir: “Necə ki, keçmiş vaxtlarda yengələr gəlinə cavabdeh olur, gərdək monitorinqinə görə məsuliyyət daşıyırdılarsa, indi də zaminləri borcgötürənlərə cavabdeh etmək istəyirlər ki, o yan-bu yan olanda...”.
Xülasə, vəziyyət bu cürdür. Hər halda, borc götürənlər də məsuliyyətli olmalıdırlar, anlamalıdırlar ki, aldıqları pul dədələrinin deyil, qaytarmağa məcburdurlar.
16.03.2016, 07:24
264 baxış
Samir Sarı
Bank-maliyyə sistemində yengəlik institutu