Mən İsveçi lap çoxdan tanıyıram. Uşaq vaxtımdan. Əlbəttə ki, mən də çoxları kimi, İsveçi xəritədən tanımışam. Yoxsa ki, ta ali məktəbə girənə qədər kəndimizdən çıxmışlığım olmayıb, br-iki dəfə rayon mərkəzinə getmişəm, o da birində diş çəkdirməyə, birində də nəyə görəsə.
Xəritədəki şəklinə görə biz İsveçin (eləcə də Norveçin) itə oxşayan yarımadada yerləşdiyini bilirdik və yadımızda da elə saxlamışdıq. Camaat hələ də İsveçrə ilə İsveçi qarışdırır. Məsələn, mən bura (yazı İsveçdə yazılır) gələndə Elbəyi Həsənliyə, Kamil Tağısoya salam göndərənlər oldu. Ancaq Elbəyi və Kamil İsveçrədə yaşayırlar. İsveçlə İsveçrənin arasında Almaniya, Hollandiya, Danimarka kimi ölkələr var.
Ümumiyyətlə, bizim camaat artıq Avropanı bütünləşdirib, hesab edir ki, üzü Qərbə doğru ölkədən çıxdınsa, demək, Avropadasan, Avropa isə vahid dövlətdir, vahid millətdir. Hətta burdakıların hamısını ucdantutma “əxlaqsız, pozğun” sayanlar da var.
İsveçə çoxdan gəlmək istəyirdim, amma bundan ötrü bir neçə amil üst-üstə düşməliydi. Vaxt olanda pul olmurdu, pul olanda - vaxt, ikisi də olanda səbəb. Bu üçü düz gələndə həvəs olmurdu. Amma bu dəfə, müəllifin yubiley yaşı tamam olanda qəzetimizin rəhbəri Rauf Arifoğlu səfər üçün lazım olan komponentlərin əksər hissəsini təşkil elədi. Həvəs, viza və çamadan özümdə vardı.
Düşdüm yoluna ağına, hava yollarıyla gəldim xəritədə itə oxşayan ölkəyə.
Əgər mənim yerimdə bir azərbaycanlı yox, bir ərəb olsaydı, yazardı ki, “İtə oxşayan yarımadadakı dövlətin sərhədçi məmurları məni it kimi qarşıladılar”. Amma düzü, mənə qarşı elə olmadı. Eləcə hardan gəldiyimi və niyə gəldiyimi soruşdular. Onları da qınamalı deyil, Suriyada İŞİD-in xəncərindən, gülləsindən qaçan da boxçasını götürüb İsveçə qaçır, bir çox ölkələrdə ata-anasıyla dalaşanlar da.
Ona görə də bu qonaqpərvər ölkə artıq sərhədi keçənləri yoxlayır, danışdırır. Mənim pasportuma baxan xanımın qonşuluğundakı kabinədə çalışan qadın bir ərəb görünüşlü şəxsi ölkəyə buraxana qədər bizim cərgəmizdən azı səkkiz adam ölkəyə daxil oldu. Onu isə hələ danışdırırdılar, deyəsən, hiss edirdilər ki, adam İsveçə qonaq gəlmir, qaçqın olub dövlət büdcəsinə yük olmağa gəlir.
İsveçli xanım məndən ingiliscə soruşdu ki, İsveçdə xeyirdirmi, mən də “may inqliş iz broken” deyib sözə başladım, izahat verdim, qonaq gəldiyimi, jurnalist olduğumu, miqrantlardan yazı yazacağımı bildirdim. Xanım bir mənə, bir pasportuma, bir də qonşuluqda sorğu-sual edilən ərəbə baxdı, mənim ərəb olmadığımı yəqinləşdirib pasporta möhür vurdu.
Pasportumu masadan götürəndə ağlıma gələn ilk fikir bu oldu ki, hər halda miqrasiya məsələsində ölkəmizin adı qara siyahıda deyil - Suriya, İraq, Pakistan, Əfqanıstan, Liviya və s. kimi.
İkinci fikrim də belə oldu, öz-özümə dedim ki, rəhmətliyin nəvəsi, 21-ci əsrin 15-ci ilində sənin ingiliscən niyə “broken” olmalıdır, özün də oxumuş adamsan, ingiliscəni niyə təkmilləşdirmirsən, birdən məmur xanım səni ölkəsinə buraxmayaydı, nə edəcəkdin.
Özümə görə bəhanəm, əlbəttə ki, var: iş çoxdur, vaxt azdır, əvvəlki həvəs yoxdur və s. Amma bunlar hamısı bəhanədir, özüm də bilirəm. İldə bir neçə dəfə çamadanını götürüb ölkədən çıxan, səyahətə həvəsli hər kəs ingiliscə və rusca yaxşı danışmalıdır. Onlar bu dillərdə elmi referat yazmasalar da olar, amma məsələn, jurnalistdirlərsə, aeroportda sərhədçi məmura “ay vont tu rayt əbout refyucis” deyə bilməlidirlər.
İndi məsələ belədir, pasport-nəzarət bölümünün işçisinə söz vermişəm, gərək İsveçdəki qaçqınların durumu, istəkləri, iştəkləri barədə yazı yazım. Çünki bu saat bu ölkənin, eləcə də dünyanın bundan yekə problemi yoxdur.
P.S. Yazının başlığını İsveçdə nə etdiyimlə maraqlanan dostlara ünvanlamışam. İndilikdə belədir...
20.11.2015, 08:03
327 baxış
Samir Sarı
İsveçdəyəm, qaqa, yazı yazıram