Paytaxtda, eləcə də ölkənin bütün şəhər və qəsəbələrində, kəndlərində minlərcə seksual manyak var, heç kəs danmasın. Bunlar, seksual manyaklığın açıq və gizli, yüngül və ağır formalarını daşıyanlar, ibtidai və geridönməz mərhələsini yaşayanlar hər addımbaşı qabağımıza çıxırlar. Hamımızın.
Küçədə bir gözəl qız (hətta, ümumiyyətlə, qadın) görəndə boynu qırılacaqmış kimi dönüb baxan, eninə-uzununa süzən, beynində xəyallar quran gənclərlə hər gün, hər saat hər küçədə rastlaşmırıqmı?
Təkcə acgöz-acgöz süzməklə yetinməyib, sözlə sataşanlar, seksual məna kəsb edən işarələr verənlər, daha da irəli gedib qadınları təngə gətirənlər saysız hesabsızdır. Tez-tez belə hərəkətlərin üstündə davaya düşənlər, döyüb-döyülənlər də olur. Öldürülənlər də həmçinin.
Günümüzün reallığıdır bu. Bu cür seksual manyaklığın sonu bir çox hallarda “namus üstdə” türməyə düşməklə nəticələnir. Ya özünü saxlaya bilməyib kiminləsə zorla cinsi əlaqədə olan şəxsi tutub türməyə salırlar, ya da yaxını olan qadına sataşan, zorlayan şəxsi vurub şikəst edənləri, öldürənləri.
Bu günlərdə sosial şəbəkədə populyar olan, minlərlə insanı fikir bildirməyə vadar edən “sonuncu vaqon” söhbətinə bir də bu yöndən baxmaq lazımdır.
Bilməyənlər üçün deyim ki, bir qrup naməlum şəxs metroda qadınların rahat getməsi, uzun əllərdən, pis gözlərdən uzaq olması üçün metro qatarlarının sonuncu vaqonlarının sırf qadınlar üçün nəzərdə tutulmasını tövsiyə edirlər. İrandakı kimi.
Bizdə bu təşəbbüs böyük rişxəndlə qarşılandı. Hər halda sosial şəbəkə üzvü olan yeni nəsil ideyanı beşiyindəcə boğmaq təşəbbüsü göstərdilər, bu “layihə”ni nəinki ciddiyə almadılar, hətta satirik şəkildə qamçıladılar.
Ancaq bu, lağlağı predmetinə çevriləcək söhbət deyil, buna ölkənin gələcəyini düşünən ziyalılar, cəmiyyətin avanqard kəsimi ciddi cavablar verməlidirlər. Bu sayaq ciddi reaksiyalar çox az oldu.
Əlbəttə, ölkədə İranı təqlid etmək, onu yamsılamaq, hətta şəriət dövləti quraraq qadınları ictimai həyatdan tamamilə uzaqlaşdırıb hücrələrə qapatmaq istəyənlər var və “sonuncu vaqon” söhbəti onların orta əsr zehniyyətindən doğur.
Bununla belə, bu təşəbbüsü dəstəkləyənlər arasında xeyli sayda qadın qohumlarının ictimai nəqliyyatda narahat edilməməsini arzu edənlər də var.
Gerçəkdən də bu ölkədə heç kəs istəməz ki, küçədə, metroda, avtobusda hansısa ağzıqara bir manyak onun anasına, bacısına, sevgilisinə, qızına pis nəzərlə baxsın, söz atsın, əl uzatsın və s.
Bunu birdəfəlik dərk etmək lazımdır ki, qadınların sırf onlar üçün olan vaqonlara, avtobuslara minmələri, bürünmələri problemi qətiyyən həll etmir.
Problem kişilərdə, seksual manyaklarda, cinsi aclıq çəkənlərdə, özlərini idarə edə bilməyənlərdədır. Sonuncu vaqona onları doldurmaq lazımdır.
Bürünməklə olsaydı, İranda müvafiq vəziyyət çoxdan düzələrdi, zorlamalar, sataşmalar olmazdı. Motosikletlə gedən iki gəncin başlarını geri döndərərək başdan-ayağa bürünmüş qadına hərisliklə baxmasını əks etdirən fotoşəkil zamanında sosial şəbəkədə baxış rekordları qırmışdı.
Bir neçə il öncə Azərbaycandan Təbrizə qonaq getmiş, yerli cəmiyyətə xas şəkildə geyinmiş bir qadın bazarda gəzərkən bir kişi ona qəsdən əli ilə toxunur. Qadın dərhal sərt reaksiya verir, səsini qaldırır və kişi onun zərbələri qarşısında başını tutaraq yalvarmağa başlayır: “Xanım, güzəşt, güzəşt”. Çünki o bilir ki, qalmaqal böyüsə, onu təcridxanaya aparacaq və ciddi şəkildə cəzalandıracaqlar.
Bu problemin həlli yolları barədə çox yazmaq olar, ancaq onlardan biri də Qərbdə olduğu kimi, qadınlara sataşanların güzəştsiz cəzalandırılmasıdır. Bəyənmədiyimiz Amerika və Avropada qadına küçədə söz atanları, öz leksikonumuzla desək, “ilişənlər”i məhkəmə, cərimə və digər cəzalar gözləyir.
Qadınların cəmiyyətdən təcrid edilməsinə dair təşəbbüslərin sonu isə Əfqanıstan, Pakistan kimi ölkələrdə və ya İŞİD-in zəbt etdiyi ərazilərdə tətbiq etdiyi üsullara gedib çıxır.
Budur, görüntülü xəbərlər yayılıb: Əfqanıstanda sevgilisinə qoşulub qaçan gənc qadını daş-qalaq edib öldürüblər. Onu qaçırana isə şallaq cəzası kəsiblər. Bu, vəhşilikdir və problemin həlli deyil.
Bir az uzun söhbətdir, amma qoy ziyalılarımız artmaqda olan manyaklığın ram edilməsi yollarından danışsınlar, yazsınlar. Bunun axırı pis yerə gedir.
05.11.2015, 08:17
251 baxış
Xalid Kazımlı
Sonuncu vaqona manyakları doldurmalı