Ermənistanda güneyli azərbaycanlını öldürdüyü üçün ömürlük həbs cəzası almış Soqomon Köçəryan ad-soyadlı birisi azad edilib. Qarabağda Azərbaycan xalqına qarşı döyüşmüş bu “veteran-qatil”in azərbaycanlılara qarşı nifrəti görünür atəşkəs dövründə də azalmayıb və 1995-ci ildə o, İrəvanda iranlı azərbaycanlını qətlə yetirib.
Güman ki, daha çox Tehranın siyasi iradəsi əsasında (axı, İran Ermənistan üçün hələ də xaricə açılmış yeganə nəfəslik rolundadır - Z.S.) ömürlük həbsə məhkum olunan cani 20 il sonra məhz Ermənistan hakimiyyətinin rüsxəti ilə azadlığa buraxılıb.
Məlumata görə, düşmən ölkədə bununla ilk dəfə ömürlük məhbus azad edilib - özü də bu türk qatilinin bədxassəli, sağalmaz heç bir mərəzi-filanı olmaya-olmaya. Erməni mediası yazıb ki, o, yalnız ürək xəstəliyindən əziyyət çəkir.
Beləcə, Ermənistan ən azı, postsovet məkanında daha bir bəd ilkə imza atıb - məhz azərbaycanlını öldürdüyü üçün erməni qatil ömürlük cəzadan azad edilib. O zaman neçə ildir Ramil Səfərovun “saqqızını” çeynəyən, beynəlxalq hüquqdan-zaddan dəm vuran bu “əzabkeş xalq”ın nümayəndələri nədən ermənini öldürən - həm də haqqına öldürən - azərbaycanlı Səfərovun Macarıstandan öz vətəninə ekstradisiyasını indiyədək həzm edə, onu bağışlaya bilmirlər görəsən?
Ermənilər belədir - öz adlarını başqalarına qoyub mələksima kimi görünməyi sevirlər. Onların türklərə patoloji nifrətin isə yəqin ki, “Ginnesin rekordlar kitabı”na, Ümumdünya Səhiyyə Təşkilatının isə qəribə və çarəsi tapılmayan xəstəliklər reyestrinə düşüb.
Söz düşmüşkən, qatil Soqomon Köçəryanın soydaşı və familiyadaşı - Xocalı hərbi canisi Robert Koçəryan illər öncə, Ermənistan prezidenti qismində Avropa Şurası Parlament Assambleuasında çıxış edərkən belə bir irqçi və faşist mahiyyətli fikir söyləmişdi ki, “ermənilər və azərbaycanlılar genetik cəhətdən bir-birinə uyğun olmayan millətlərdir”.
Ermənistanın ali rəsmi şəxsinin - dövlət başçısının dilindən çıxan bu bəyanat şəksiz ki, Ermənistan adına, erməni xalqı adına rüsvayçı bir insident, uzun müddət silinməyəcək bir ləkə, bədnam ilk idi. Eyni zamanda qonşu ölkədə hakimiyyəti ələ keçirmiş Xocalı hərbi canilərinin, türk körpə qatillərinin antibəşəri xislətini əyani nümayiş etdirən mövqe idi.
Niyə görə “uzun müddət silinməyəck”? Ona görə ki, irqçiliyin çoxdan aradan qalxdığı XXI əsrdə faşist Köçəryanın həmin sərsəmləməsinə Ermənistanda, Dağlıq Qarabağda etiraz edən tapılmadı, erməni ictimai-siyasi, ekspert dairələrindən, mədəni-ziyalı kəsimindın, demək olar, səs çıxmadı!
İndi belə bir millətlə qonşu olmağın iki türkdilli dövlət üçün nə demək olduğunu təsəvvürə gətirin. Bunu yəqin ki, bir biz bilirik, bir də - Allah. Nə etməli, Azərbaycanın və Türkiyənin qismətinə də bu cür mənfur, təfəkkürü xəstə qonşu düşüb. Hansı ki, 27 ildir (əslində 100 ildən çoxdur) torpaq xülyası ilə yaşayır və bu müddətdə nə o torpağı de-yure ələ keçirə, işğalı rəsmiləşdirə bilib, nə də özü ağ günə çıxıb. Nə Ermənistanı əkib-becərə, dirçəldə biliblər, nə də işğal altındakı Dağlıq Qarabağı.
Beləcə, 25 ildir ermənilər Güney Qafqazda rusun maşası rolunu ifa edir, öz xalqına da, bölgənin digər xalqlarına da gün verib işıq vermir. Dəfələrlə yazılıb, bir daha yazaq ki, bu vəziyyətə görə həm də xristian dünyası, ələlxüsus Qərb, Rusiya günahkardır.
Çünki ermənilər məhz din birliyi, gizli-açıq xristian təəssüblkeşliyi hesabına “ərköyün işğalçı”ya çevriliblər. Əksinə, tutaq ki, Azərbaycan xristian ölkəsi, təcavüzkar Ermənistan müsəlman ölkəsi olsaydı, ona bunca dözüm, laqeydlik göstərərdilərmi? İşğal on illərlə uzanardımı?
Cavab hamıya aydındır yəqin ki.
P.S. Bəzi məlumatlara görə, Moskva irqçi Köçəryanı siyasi hakimiyyətə qaytarmağa hazırlaşır. Hərçənd, hazırkı prezident Serj Sərkisyan da onun bir tayıdır...
26.10.2015, 07:58
186 baxış
Zahid Səfəroğlu
İrqçi Köçəryanın layiqli davamçıları