“Ziya Məmmədovun qoçuları daha bir sürücünü döydülər”. Bu başlığı yazıb Google saytında axtarış versək, onlarla fərqli yazılar, hətta videolar çıxacaq.
İndi güman olunur ki, bu cür başlıqları bir daha görməyəcəyik. Çünki Nəqliyyat Nazirliyinin sürücüləri döyən departamenti başqa bir dövlət strukturunn sərəncamına verilib.
Əlbəttə, ola bilər ki, bundan belə də sürücülər fiziki təzyiqə məruz qalacaqlar, amma bu, “Ziya Məmmədovun qoçuları” olmayacaqlar.
Hazırda sürücülərin sevincinin həddi-hüdudu yoxdur. Onlar illərlə bu günü gözləyirmişlər. Bu, hətta sosial şəbəkədə də özünü göstərir.
Təkcə sürücülər yox, onların yaxınları da, hətta sürücülərn döylməsindən yazan jurnalistlər də sevinirlər. O ürək ağrıdan xəbərləri yazmayacaqlar, yerdə sürüklənmiş binəsib sürücünün şəklini çəkməyəcəklər.
Nədənsə hamı əmindir ki, indən belə sürücülərin fəaliyyətinə nəzarət edən müfəttişlər hansı nazirliyə tabe olurlarsa-olsunlar, nəqliyyat zəhmətkeşlərini döyməyəcəklər.
Adamlarda belə bir güclü inam var ki, sürücülərin döyülməsinə məhz Ziya Məmmədovun idarəetmə üsulu səbəb imiş: o tələb etməsə müfəttişlər bu qədər amansız olmazmış.
Bu fikirdə nə dərəcədə həqiqət var, bunu yalnız işin içində olanlar bilər. Sifarişin kimdən gəlməsindən asılı olmayaraq, müfəttişlərin qəddarlığı, kobudluğu danılmaz idi.
Onlar həm dövlət büdcəsinə, həm nazirlik başbilənlərinin hesablarına, həm də öz ciblərinə pul doldurmaq üçün səhərdən axşama qədər çalışan, zülmlə 5-10 manat pul qazanan insanların qazancına əl qoymağa məcbur idilər.
Aydın məsələdir, müfəttişlər nüqavimətlə üzləşirdilər. Ona görə ki, ağır şərtlər altında işləyən, az qazanan sürücülər qazandıqlarından asanlıqla ayrılmaq istəmirdilər. Onlar üzərlərinə qoyulan rəsmi və qeyri-qanuni rüsumların ağırlığından gileyliydilər.
Müfəttişlər isə onların müqavimətini qanunların gücüylə yox, qol gücünə, fiziki təzyiqlə, şillə-şapalaqla qırmaq istəyirdilər və həm fiziki cəhətdən güclü, həm çox, həm də arxalı olduqları üçün “uğur” qazanırdılar.
Media yazırdı, əlindən gələni edirdi, ictimai rəy yaradırdı (yeri gəlmişkən, bu gün nəqliyyat qoçularının fəaliyyəti durduruldusa, bu, ilk növbədə medianın xidmətidir). Fəqət nazirlik rəhbərliyi sarıdan belləri bağlı olan qoçu müfəttişlər özlərinə yığışmırdılar, iş üsullarını dəyişmirdilər.
Sanki bu adamları o departamentə seçib yığmışdılar, hansısa kastinqdən keçirmişdilər, sona qədər qəddar, güzəştsiz olacaqlarına əmin olmuşdular ki, işə götürmüşdülər.
Yəqn ki, müfəttişlərin içində insaflıları, mərhəmətlləri də vardı, amma onlar gözə görünmürdlər. Qaba müfəttişlərin əməlləri isə göz önündəydi. Ölkə onlardan danışırdı.
İndi o müfəttişlər haqqında keçmiş zaman şəkilçisi iə yazmağım əbəs yerə deyil. Hələlik Nəqliyyat Nazirliyinə işə götürülmüş müfəttişlər öz işlərinə davam etsələr də, strukturun yenidən komplektləşdirilməsində onların çoxu kənarda qalacaqlar.
Çünki heç ola bilməz ki, ictimayyətin mühüm bir kəsiminin mənfi rəyini qazanmış bir departamentin işçiləri heç nə olmamış kimi işləinə davam etsinlər.
Güman ki, qabalıq edən, qoçuluqda ad çıxaran müfəttişlərin yerinə daha gənc və təmiz işçilər götürüləcək. Hər halda belə olmalıdır. Bu işlər köhnəki qaydada davam edə bilməz.
Kim bilir, köhnə müfəttişlərin hamısı öz ixtisas və bacarıqlarına uyğun iş tapa biləcəklərmi? Şübhəsiz tapmayanlar da olacaq və onlardan kimsə öz güzəranlarını əhaliyə taksi xidməti göstərməklə təmin etmək istəyəcək.
Elə bir şey olsa, bu, təkcə zamanın ironiyası olmayacaq, həm də ədalətin təntənəsi olacaq. O zaman o keçmiş müfəttişlər bir zaman nə qədər haqsız, ədalətsiz və acımasız olduqlarının fərqinə varacaqlar.
17.10.2015, 15:08
235 baxış
Xalid Kazımlı
Qoçu müfəttişlər dönəmi bitdimi?