Başlığı oxudum, əvvəlcə elə bildim, söhbət öz ölkəmizdən gedir, sonra anlaşıldı ki, yox, “Maliyyə fırıldağına görə kütləvi həbs” başlıqlı xəbər Çində baş verən olaylardan bəhs edir.
Hələ bunu qoyum, ona keçim ki, son vaxtlar milli mediamızda belə bir anormal dəb yaranıb. Uzaq Filippində baş verən hadisəyə dair xəbərin başlığını “55 nəfər avtobus qəzasında öldü” qoyurlar, amma öz ölkəmizdə olan qəza xəbərini bu cür verirlər: “Azərbaycanın Qusar rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib”. Halbuki tərsinə olmalıdır, Filippindəki qəzada ölkənin adı başlığa verilməlidir, öz ölkəmizdəki qəzada isə ehtiyac varsa yalnız rayonun adı göstərilməlidir.
Hətta “Gəncədə növbəti bıçaqlama hadisəsi baş verib” başlığındakı “Gəncə” sözünə də ehtiyac yoxdur. Aydın məsələdir ki, növbəti bıçaqlama hadisəsi baş veribsə, demək, Gəncədə olub. Burda hər gün 2-3 elə hadisə olur. Növbələşdiriblər. Növbə ilə bıçaqlaşırlar. Bəzən növbədənkənar qətl hadisəsi də baş verir – baltayla, dəhrəylə. Belə şeylər başqa rayonlarda olur. Gəncəlilər isə əsasən bıçaqla işləyirlər, bıçağa sadiqdirlər.
Xüləs, söhbət Çindəki maliyyə fırıldağına görə tutulanlardan gedirdi. Demək, xəbəri oxuyanda elə bildim ki, bizdə tutulub istintaqa cəlb edilmiş 72 sahibkarlardan yeni xəbər var, ola bilər ki, onların sayını bir az da artırıblar. Amma sonra aydın oldu ki, yox, Çində də maliyyə fırıldağı edənlər sərt cəzalandırılır, hətta qlobal kampaniya apararaq, adını da “Tülkülərin ovu- 2015” qoyublar. Burdan elə çıxır ki, Çində “maliyyə fırıldağı edən tülkülər”i 2014-də də tutublar, iş belə gedərsə, 2016-da da tutacaqlar. Hələlik çinlilər 150 “tülkü”nü içəri qoyublar. Dərilərini soyacaqlar, dişlərini çəkəcəklər, bəlli deyil.
Bildiyiniz kimi, hazırda o cür ovdan biri də öz ölkəmizdə gedir, intəhası, hələ ovlananlara ad qoymayıblar, eləcə mediada “maliyyə xəyanəti edən oliqarxlar”, yaxud “Beynəlxal Bank işi” terminləri işlədilir.
Hər gün yeni-yeni xəbərlər çıxır: Filan sahibkarı da içəri basıbmışlar, oğurladıqlarını ödətdirib buraxıblar; iş adamını gecəylə götürüb aparıblar, şirkətini bağlayıb yoxlama aparırlar; tanınmış biznesmen tez-tələsik ölkədən qaçıb və sair.
Bircə yaxşı iş var ki, Çində olduğu kimi, bizdə də belə ovlamalar qanun çərçivəsində aparılır. Amma analoji hadisə 3-4 il bundan qabaq Hondurasda daha sərt və qanunsuz şəkildə həyata keçirilib. “Honduras Press” qəzetində dərc olunmuş “Biznesmenlərin gecə ovu” başlıqlı yazıda göstərilirdi ki, bir müddət öncə hüquq-mühafizə orqanları ölkədə nə qədər müstəqil sahibkar varsa, hamısının siyahısını öncədən hazırlayıblar. Sonra hər gün beş-altı biznesmeni qlobal qanqsterliyə qarşı mübarizə aparan baş idarəyə aparıblar. Adətən, bizdə və digər qanunun aliliyi qorunan ölkələrdə şübhəli şəxs qisminə aid edilən şəxsləri bildirişlə, vəkilləri ilə birlikdə idarəyə dəvət edirlər, amma Hondurasda belə etməyiblər, adamları gecəylə, başlarına torba salaraq maşına basıb aparıblar, vəkillərini idarəyə qoymayıblar və qorxmuş sahibkarların qarşısına şərt qoyublar ki, ya dövlətdən, xalqdan oğurladıqlarını iki günün içində ortaya qoymalıdırlar, ya da hamısı bircə-bircə Pedro Zorlandenin gününə qoyulacaq.
Yazıq honduraslı sahibkarlar canlarının qorxusundan deyilənləri ediblər və sərbəst buraxılıblar. Hazırda onların bəziləri Braziliyaya, bəziləri Argentinaya qaçıb. Elələri də var ki, canlarını ölkədən götürüb qaçandan sonra gedib Peruda dissidentlik edir, mal-mülk davası aparırlar, ay, polad zavodu bizimdir, ay, bizim şadlıq saraylarımızı əlimizdə zorla alıblar və s. Bu cür danışanların bəzilərinin qohum-əqrəbasını tutub içəri basıblar, ondan sonra hamısı dincəlib.
Dünyada belə ölkələr var. Hələ Svazilenddə baş verənlərdən, diktator III Msvatinin iştəklərindən də bəhs edə bilərəm, amma etmirəm. Çünki o kişinin adı camaatın yadına Müsavatı salacaq. Partiyanın adı onsuz da dildə-dişdədir.
Hüquqi dövlət başqa şeydir, həci.
16.05.2015, 07:29
446 baxış
Samir Sarı
Hondurasda “tülkü ovu”