Kəndimizin uzunömürlü bir sakini vardı. 41-45 müharibəsinin iştirakçısıydı. Hər ayın başında rayon mərkəzinə gedəndə hamı bilirdi ki, gələndə əlidolu qayıdacaq, ən azı kərə yağı payı ilə. Çoxları ona həsəd aparırdı. Dünyasını dəyişəndə yaşı çoxdan 100-ü adlamışdı, ölənə qədər dövlətin təminatı altında yaşadı. Yəni lənətlədiyimiz sovetlərin belə yaxşı ənənələri var idi, yarım əsr sonra da uğrunda döyüşənləri unutmurdu...
Yaxşı ənənələri yaşatmaq lazımdır. Bu mənada Qarabağ uğrunda can qoyanlar da daim qayğı görməlidir. Keçmiş döyüşçülərlə bağlı dövlət səviyyəsində görülən işləri, mənzil tikintisi, müalicə xərcləri, avtomobil hədiyyə olunması və s. addımları da unutmuruq. Lakin elə son bir-iki həftədə aldığımız xəbərlər onu deməyə əsas verir ki, durum ürəkaçan deyil.
Ən sonuncu xəbərdən başlayaq. Martın 6-da Sabirabad rayon sakini, 39 yaşlı Cəbrayıl Həsənov özünü asıb. 3 uşaq atası olan mərhumun meyitini Kür çayının üstündəki körpüdən asılmış vəziyyətdə tapıblar. Ailə üzvlərinə yazdığı məktubdan məlum olub ki, Cəbrayıl 4 banka olan kredit borcunu ödəyə bilmədiyindən intihar edib. Deməli, körpüyə nəzarətçi qoymaq çıxış yolu deyil, adamlar özlərini asmaq üçün yer tapacaq...
“Bu yaşda iki ayağım yoxdur, dövlətin mənə verdiyi pensiya isə 77 manatdır. 150 manat da prezident təqaüdü verirlər. Mənə düşən sığorta pulumu da Dövlət Sığorta Şirkətindən ala bilmirəm”. Bu, haqqında bəhs etdiyim ikinci faktın qəhrəmanı, daha doğrusu, dünənə qədər qəhrəman sayıb indi unutduğumuz keçmiş əsgər Sərxan Tahirzadənin dedikləridir. O Sərxan ki, keçən ilin yayında erməni hücumunu dəf edərkən iki ayağını itirdi, anası demişkən, orduya gedəndə boy-buxunlu oğlan... 80 santimetr qayıtdı evə...
İcra hakimiyyəti isə şikayətçi gəncə “daxili imkanlar hesabına” hər ay 50 manat maddi yardım ayırdığını bildirib. Vətən uğrunda döyüşdə ayaqlarını itiirmiş gəncə minnət qoyulması yaxşı hal deyil. Başa düşün, söhbət ayaqlarında məhrum, 19 yaşında həyatı alt-üst olmuş gəncdən gedir. Bir anlıq özünüzü onun yerində qoyun, görüm bacarırsınızmı? Manatın ucuzlaşmasından sonra ölkədə sahibkardan deputata, pensiyaçıdan tələbəyə qədər hər kəs bahalıqdan, pulun dəyərdən düşməsindən gileylənir. Hələ söhbət əl-ayağı yerində olan adamlardan gedir. Siz yarımcan adama 50 manat verirsiniz, nə tez başına qaxdınız?
Növbəti fakt: Qarabağ əlili, 44 yaşlı Yuri Drobotov bir həftə əvvəl vəfat etdi. Hər iki ayağını itirmiş keçmiş döyüşçü Buzovnadakı 5 mərtəbəli binanın sonuncu mərtəbəsində qoca anası ilə birgə yaşayırdı, aylarla aşağı enə bilmirdi. Beləsi məhz insultdan ölməliydi. Cəmi bir neçə ay qabaq Qarabağda döyüşdüyünü sübut edib əlillik statusu almışdı. Ona qədər 67 manat pensiya alırdı.
“Qaziler.az” saytı bu günlərdə Beyləqan rayon sakini, hazırda Sumqayıtda kirayədə yaşayan 2-ci qrup Qarabağ əlili Nağdəli Məmmədovun ev problemi ilə bağlı müraciətini yayıb. Məlum olub ki, 2010-cu ildə ona 9-10 min manat dəyərində ev tikilibmiş, artıq uçulub-dağılıb. Ancaq evə görə 51 min manat silinib. Hələ bu, bir faktdır, görün qalan evlərdə nə qədər yeyinti olub?
Keçmiş döyüşçülərinin durumunun kifayət qədər narahatlıq doğurduğunu Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovun “Qaziler.az” saytı vasitəsilə ölkə başçısına pensiyaların artırılması barədə xahiş-müraciəti də təsdiq edir. 15 il ərzində 4278 Qarabağ qazisi və şəhid ailəsi mənzil alsa da, hələ 5731-i ev növbəsindədir. Etimad bəy demişkən, bu gedişlə onlar 15 il ərzində ev ala biləcək. Amma Azərbaycana böyük neft pulları gələn dövrdə onların problemi həll olmayıbsa, deməli, məsələ uzun çəkəcək. Qarabağ əlillərinin statusunun olmaması, Qarabağda döyüşən şəxsin əmək təqaüdçüsündən az pensiya alması, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında qanun”la şəhid və əlil ailələrinə çatmalı olan 11 min manat illərdir verilmirsə, bu, ən azı normal hal deyil. Dünən heç olmasa dərdlərinə dərman edə bilərdilər, manat dəyərini itirəndən sonra həmin 11 min manatla nə edə biləcək həmin ailələr?
Vaşinqtondakı səfirimiz Elin Süleymanov “Tribune-Review” nəşrinə “inanın mənə, Allaha and olsun ki, bizim Ermənistana yatırmaq üçün kifayət qədər pulumuz var”- söyləyib. Əgər biz Ermənistana yatırım qoyacaq qədər varlıyıqsa, onda Ermənistanla müharibədə can qomuş oğullarımız nə üçün icra başçılarının səxavətinə bel bağlamalıdır?! Niyə onlar ömürlük təmin olunmur? Düşmən bizə gülər axı...
09.03.2015, 06:45
516 baxış
Elşad Paşasoy
Qazi qardaş, Ermənistana yatırım qoyaqmı?