Medianews.az
İtkilərimiz - 8+4+2+1 = ?
518 baxış

İtkilərimiz - 8+4+2+1 = ?

images_dekabr_kose xalid kazimli Dünən iki, bu gün - bir... Ölən əsgərlərin sayıdır. Daha doğrusu, həlak olduğu bildirilən əsgərlərin...
Dünənkilər "ehtiyatsızlıq"dan həlak olmuşdular, guya ki, əllərində güllə açılmışdı.
Bu gün qara xəbəri gələn əsgərin hansı şəraitdə necə güllə yarası aldığı belə bilinmir. Bilinən yalnız adıdır - Sahil Tərlanlı.
Onun hansı rayonun hərbi komissarlığından orduya çağırıldığı barədə də informasiya verilmir. Əlbəttə. bu informasiya onu yayan ilk mənbənin əlində var, amma agentliyə verməyiblər. Məsləhət olmayıb.
Bu, nə deməkdir? Döyüş əməliyyatları səngiyib, atışma azalıb, amma əsgər ölümləri davam edir...
Bu, o deməkdir ki, avqustun 1-də baş verən döyüşlərdə ölən hərbçilərimizin sayı daha çox olub. Əvvəlcə 8-ni açıqladılar, sonra dördünü, sonra ikisini, bu gün də birini...
Məlum, hökumət ajiotajdan qorxaraq şəhidlərin sayını azaltdı və indi tam sayı yavaş-yavaş düəzldir.
Bəzi rayonlarda 4 şəhid dəfn edilib, mətbuatda birinin adı gedir. Yəqin o birilərinin adını sonra"açıqlayacaqlar, ya da heş açıqlamayacaqlar...
Bəs "15 əsgərimiz ölüb" xəbəri ajiotaj doğurardımı? Hiss olunur ki, doğurarmış. Avqustun 1-dəki ajiotajı xatırlayın.
Beləcə, yayılan bütün dezinformasiyalara, ümidverici məlumatlara, düşmənin 71 hərbçi (daha sonra 90 dedilər) itirməsi barədə bəyanatlara baxmayaraq, mənzərə bundan ibarətdir.
Ajiotaj olmadı, əvəzində pərtlik oldu...
X.Kazımlı
 

Bizə qoşulun