İlhamiyyə Rza: “Bəlkə nə zamansa mediaya döndüm, amma azad və müstəqil mediaya”
“125-lər Siyasət Klubu”nun rəhbəri İlhamiyyə Rza ilə müsahibənin ikinci bölümünü təqdim edirik.
İkinci hissə
- “125-lər” İqbal Ağazadənin projesi kimi təqdim olunur. Belədirmi?
- Bu, qətiyyən Ümid Partiyasının projesi deyil. Ancaq İqbal Ağazadənin burada bir müəlliflik hüququ var. Çünki o da təşəbbüskarlar sırasındadır. Siyasi klub yaradılması müzakirələri 2 ilə yaxındır gedir. Şəxsən mən bu təklifi İqbal Ağazadədən almamışam.
- Təklif alanda reaksiyan necə oldu?
- Mən hara, siyasət hara, dedim. Ancaq düşünəndə ki, sənin cəmiyyətdə olan hansısa əyriləri düzəltmək potensialın var, təbii, geri çəkilmək, qıraqda dayanmaq da doğru deyil.
- Seçki həm də böyük xərclər deməkdir. Maliyyə problemlərini necə həll eləməyi düşünürsünüz?
- Beynəlxalq maliyyə institutlarının dəstəyinə ümid edirik, həm maddi, həm də mənəvi. Son həftələrdə həm ABŞ-ın, həm də Böyük Britaniyanın Azərbaycandakı səfirliklərində görüşlər keçirmişik.
- Belə bir fikir var ki, Qərb Azərbaycanda yeni qüvvənin meydana çıxmasında maraqlıdır. Səfirliklərdəki müzakirələrlə bağlı təəssüratların necədir - sizi həmin yeni qüvvə olaraq görmək istəyirlərmi?
- Biz istəyərdik həmin qüvvə olaq. Çünki biz fərqliyik. Biz iqtidar tərəfdarı da deyilik, ənənəvi müxalifətdə də deyilik. Ancaq biz müxalifik. Çünki biz mövcud durumu qəbul eləmirik. Biz ölkəni yaxşılığa doğru dəyişmək iddiasındayıq.
- İlhamiyyə, seçkiyə hazırlıq prosesində heç Gülər Əhmədova olayını müzakirə etmisiz?
- İki ildə biz dəfələrlə görüşmüşük, müzakirələr aparmışıq, təbii, “Gülərqeyt” qalmaqalını da müzakirə etmişik. Ancaq təsisdən sonra bu haqda danışmamışıq. Mən düşünmürəm ki, bu olaya görə əlimiz işdən soyumalıdır. İş görməyən üçün bəhanə hər zaman var.
- Dairəni müəyyən etmisənmi? Potensial rəqiblərinin kim olduğunu bilirsənmi?
- Hələlik yox. Hədəfimdə dairə var, ancaq hələ düşünmək, imkanları dərindən analiz etmək lazımdır. Hər halda, hədəf qruplarımın daha çox olduğu, seçki dönəmində davamlı əlaqə saxlaya biləcəyim dairəni seçəcəm.
- “125-lər” içərisində artıq dairəsini müəyyən edənlər də varmı?
- Əlbəttə. Mənim kimi dairəsi ilə bağlı tərəddüd edən çox az üzvümüz var. Yəqin ki, ən qısa zamanda məsləhətləşmələr edib qərar verəcəyik. Bir məsələni də vurğulayım ki, biz parlament seçkiləri rəsmən başlayana qədər də aktiv fəaliyyət göstərməyi düşünürük. Bayaq dediyim kimi, ictimai-siyasi olaylarla bağlı mövqeyimizi açıqlayacağıq, yeri gələndə hökumət qarşısında tələblər qoyacağıq. “125-lər”in bir üzvünün - İqbal Ağazadənin parlamentdə təmsil olunması da düşünürəm ki, bizim üçün üstünlükdür. Yəni İqbal bəy bizim parlamentdə sözçümüz ola bilər.
- Seçkilərin azad keçirilməməsinin əsas səbəblərindən biri də vətəndaşların siyasi proseslərdə fəallıq göstərməməsidir. Seçici fəallığına nail olmaq üçün siyasət adamı nələr etməlidir?
“Nə iqtidar tərəfdarıyıq, nə ənənəvi müxalifətik. Ancaq biz müxalifik. Çünki biz mövcud durumu qəbul eləmirik. Biz ölkəni yaxşılığa doğru dəyişmək iddiasındayıq”
- Bunun üçün yerlərdə şəbəkələr yaratmağı düşünürük. Davamlı olaraq potensial seçicilərlə görüşəcəyik, eyni zamanda sıralarımızın genişlənməsi üçün namizəd olduğumuz dairələrdə insanları müzakirələrimizə dəvət edəcəyik. İstəyirik ki, artıq seçki prosesi başlayana qədər hədəflədiyimiz dairələrdə seçicilər bizi yetərincə tanısın. Biz bilik və bacarıqların artırılması deyəndə yalnız üzvlərimizin deyil, həm də seçicilərimizin maariflənməsini nəzərdə tuturuq. Çünki Azərbaycan seçicisinin seçki prosesində iştirakı və öz gücünü dəyərləndirmə göstəriciləri arzu ediləndən xeyli azdır. İnsanlar hətta səs verən zaman harada qeydiyyatdan keçməli olduqlarını belə bilmirlər, çoxlarının elementar prosedur haqda informasiyası yoxdur.
Bütün bu boşluqlar da sonda seçkinin nəticəsinə təsir edə bilən faktorlara çevrilir. Öz hüququnu bilən insan hər zaman güclüdür. Biz çalışacağıq ki, çatışmazlıqları müəyyən edib işimizi həmin istiqamətdə quraq. Bəlkə də mənim söylədiklərim kiməsə sadəlövh görünə. Ancaq mən əminəm ki, insan öz bilikləri ilə silahlananda doğrudan da onun haqqını yemək mümkün olmur. Seçkilərin saxtalaşdırılmasının birinci səbəbi hakimiyyəti əldən verməmək istəyidirsə, bunu mümkün edən ikinci ən böyük səbəb seçicilərin, müşahidəçilərin prosesə hazırlıqlı olmamasıdır. Mən buna əminəm. Son seçkidə bir neçə saat müşahidə apardıq, heç bir qanun pozuntusuna yol verə bilmədilər, buna mane olduq, baş verən pozuntuları sosial şəbəkədə yaydıq, aktlaşdırdıq. Ancaq biz məntəqələrdən gedən kimi total saxtalaşdırmalar haqqında xəbər aldıq. Əgər biz çox olsaydıq, hamımız eyni dərəcədə seçki qanunlarını bilmiş olsaydıq, nəticələrə təsir etmək mümkün olardı. Hər halda, biz əxlaqlı mübarizənin tərəfdarıyıq.
- Reallıqlar xeyli fərqlidir amma. Həmin əxlaqlı mübarizənin qarşısını dəyənəklərlə ala bilən ciddi qüvvə var...
“Seçkilərin saxtalaşdırılmasının birinci səbəbi hakimiyyəti əldən verməmək istəyidirsə, bunu mümkün edən ikinci ən böyük səbəb seçicilərin, müşahidəçilərin prosesə hazırlıqlı olmamasıdır”
- Bəli. Seçkidə bizim üstümüzə qoçu da saldılar.
- Kimlər?
- O qoçuların hansı namizədi müdafiə etdiyi mənə bəlli deyil.
- Əminəm - o qoçular Cəmil Həsənlinin deyildi...
- Biz seçkidə qanun pozuntularının qarşısını almaqla onların işinə mane olurduq. Ancaq bizim gücümüz çox olsa, onların meydan sulaması mümkün olmaz. Söhbət həm fiziki, həm mənəvi, həm də maddi gücdən gedir. Sivil dünya demokratik, azad seçkilər üzərində qurulur. Hətta kənardan o qədər də demokratik görünməyən, daxilində ciddi problemlər olan ölkələrdə də seçki keçirilir. Cəmiyyət öz iradəsini ortaya qoya bilir. Tutaq ki, İranda seçkilərin yetərincə normal keçdiyini biz bilirik. Ancaq Azərbaycanda hələ də seçki yoxdur. Bu durum dəyişməlidir.
- Sənin timsalında düşünsək, bir qəzetçi Azərbaycan parlamentində təmsilçiliklə cəmiyyətə nə qazandıra bilər? Problem həm də ondadır ki, Azərbaycan vətəndaşının düşüncəsindəki deputat obrazı yol çəkəndi, övladının təhsil xərcini ödəyəndi, xəstəsini xaricə göndərməyə yardımçı olandı.
- Təbii, deputatın əsas işi qanun yaradıcılığı ilə məşğul olmaqdır. Sadaladıqların deputatın əsas işi deyil. Ancaq razılaş ki, heç onları da deputatların çoxu etmir. Barmaqla sayılacaq şəxslər seçicilərinə müəyyən problemlərin həllində dəstək olur, ona görə də biz bu işləri onlara irad tutmamalıyıq. Bəlkə deputata daha qlobal işlər görməsinə imkan verilmir, qoyun heç olmasa bunu etsin? Bunları da nəzərə almaq lazımdır. Mənə elə gəlir, deputat seçicisi üçün əlindən gələni etməlidir. Böyük mənada isə təbii, səninlə razıyam - seçicinin ritorik desək, kommunal problemləri ilə məşğul olmaq deputatın işi deyil. Əgər mən parlamentdə təmsil olunsam, ilk sırada onların sosial müdafiəsinin möhkəmləndirilməsinə yönəlik addımlar ataram. İnsanlar çox zaman hansısa geosiyasi hadisələrin nəticələrindən deyil, sosial yüklərin ağırlığında daha çox əzab çəkirlər. Vicdanlı millət vəkili ilk növbədə öz seçicisi ilə davamlı kontaktda olmalı, onun hansı qayğılarla yaşadığını bilməlidir. Bu gündən baxsaq, hesab edirəm ki, ən ciddi problem insan haqları məsələləridir. Çünki sırf jurnalist olaraq insan haqlarının hansı səviyyədə pozulduğunu hər an müşahidə etmək imkanlarım var. Bundan başqa, ölkədə söz və mətbuat azadlıqlarının məhdudlaşdırılması problemi var. Mən Azərbaycanda söz azadlığının tam boğulduğunu düşünmürəm, bu, daha çox məhdudlaşdırmadır. Sonra Azərbaycanda köklü məhkəmə islahatlarına ehtiyac olduğunu düşünürəm.p Ölkədə ədalət məhkəməsi yoxdur. Sadaladığım çatışmazlıqları mən öz təcrübəmdə sınaqdan keçirmişəm. Təsəvvür edin, mən məhkəmədə “Space” telekanalında işlədiyimi sübut edə bilmədim. Bu, absurddu, ancaq Azərbaycanın acı gerçəkliyidir.
- Sizin təsis toplantınızdan fotoreportaja baxdım, xeyli qadın gördüm. Gender problemi nə qədər önəmlidir “125-lər”üçün?
- Açığı, biz qarşımıza qadınları siyasi proseslərə cəlb eləmək məqsədi qoymamışdıq. Ancaq belə alındı ki, bizim fəal üzvlərimizin çoxu xanımlar oldu. Üzvlərimizin sayı baxımdan götürsən, qadınlar yenə də azlıqdadır, ancaq işçi qrupun rəhbəri, onun iki müavini qadınlar seçildi. Bu məni sevindirir, hiss edirəm ki, ətrafdakıların da ciddi maraqına səbəb olur. Elə bizim səfirliklərlə görüşlərimizin hər ikisində bu, pozitiv bir məqam kimi xüsusi vurğulandı. Qadınlar təbiət etibarı ilə güvən olan yerdə daha çox olurlar. Feministlik kimi anlaşılmasın, mənə elə gəlir, qadınların iştirakçılığının təmin olunması harda olacaqlarından asılı olmayaraq, orada keyfiyyət dəyişikliyinə gətirib çıxara bilər. Qadınlar daha realistdirlər, daha konstruktivdirlər.
- İlhamiyyə, siyasi proseslərə qoşulmağın jurnalistikanın səni itirməsi anlamına gəlirmi?
- Jurnalistika məni itirdi sualını mən tam tərsinə qoyardım - mən jurnalistikanı itirdim, yoxsa yox? Mən jurnalistikanı itirə bilmərəm. Fikrimcə, peşəkar kimi, mütəxəssis kimi mənim ən gözəl bacardığım, sevdiyim iş jurnalistikadır. Sözsüz, fəal jurnalistikadan dünən getməmişəm, bu, “srağagün” olub. Ancaq mən həmişə müəyyən layihələrdə iştirak etməklə, təlimçi, media eksperti olaraq, dolayısı ilə yenə də jurnalistikada olmuşam. Bəzi nəsnələr var ki, sən onu tərk edə bilmirsən, nə olursa, olsun. Mən hər zaman jurnalistika ilə bağlı layihələrdə iştiraka, təcrübəmi bölüşməyə hazıram. Hələlik öz peşəmlə təmasım ancaq bu cür mümkündür. Bəlkə nə zamansa, yenidən mediaya döndüm. Amma azad və müstəqil mediaya.
28.02.2014, 20:14
371 baxış
TURAN
“Biz əxlaqlı mübarizənin tərəfdarıyıq”