Bir qrup doktorant xarici dil üzrə minimum imtahanın çətinliyindən narazıdır. Onların sözlərinə görə, ingilis dili imtahanı ağır və vaxt baxımından məhduddur, nəticədə bir çoxu dəfələrlə – hətta 8-9 dəfə – eyni imtahandan kəsilir və elmi işlərini müdafiə edə bilmirlər.
Medianews.az-ın xəbərinə görə, “Xəzər Xəbər”ə danışan şikayətçilər bildirirlər ki, imtahanda ixtisaslarına uyğun olmayan mürəkkəb mətn və suallar təqdim olunur. Onların iddiasına görə, inşa hissəsində vergül və bağlayıcı səhvlərinin ciddi şəkildə qiymətləndirilməsi də əlavə çətinlik yaradır. Bu səbəbdən bəzi doktorantların elmi işləri aktuallığını itirir və yenidən mövzu seçmək məcburiyyətində qalırlar ki, bu da əlavə illər deməkdir.
Daha ətraflı süjetdə: