Medianews.az
İki sadə məhsul -
106 baxış

İki sadə məhsul - həkimdən qadınlara tövsiyə

Qidalanma mütəxəssisi Tara Şmidt yaşlı qadınlara rasionlarına lobya və soya əlavə etməyi tövsiyə edib.

Medianews.az xəbrə verir ki, onun sözlərinə görə, bu məhsullar qan təzyiqini aşağı salmağa kömək edən liflər, antioksidantlar və minerallarla zəngindir. Xüsusilə menopauza dövründə qadınlar üçün faydalı olduğu bildirilir.

Mütəxəssis lobyanın salatlara, şorbalara və digər yeməklərə əlavə edilməsini məsləhət görür ki, gündəlik qidalanmada daha çox istifadə olunsun.

Həkimlər həmçinin qeyd edirlər ki, yaşlı qadınlar qan təzyiqinə diqqət etməlidirlər, çünki hipertoniya çox vaxt gec aşkar olunur və ciddi fəsadlara səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun