“Kurtlar Vadisi” serialının unudulmaz aktyorlarından biri olan Gürkan Uygun bir tədbirdə tamaşaçılara nostalji dolu anlar yaşadıb.
Medianews.az xəbər verir ki, məşhur aktyor tədbir zamanı serialdakı Memati obrazının oxuduğu mahnıdan qısa bir parça səsləndirib. 
Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb və sosial mediada sürətlə yayılıb.
G.Uygunun ifası tədbir iştirakçıları arasında emosional anlar yaradıb. Tamaşaçılar aktyoru coşğu ilə alqışlayaraq onun performansına heyranlıqlarını ifadə ediblər.
Xatırladaq ki, Gürkan Uygun “Kurtlar Vadisi” serialında canlandırdığı Memati obrazı ilə Türkiyə televiziya tarixində ən çox yadda qalan rollardan birinə imza atmışdı.
Medianews.az