Gənc oğlanın məzarının üzərində yazılan sözlər diqqət çəkib.
Medianews.az xəbər verir ki, məclislərin birində mollanın danışdığı hadisə həm iştirakçıları, həm də sosial şəbəkə istifadəçilərini düşündürüb.
Mollanın sözlərinə görə, qəbiristanlıqda bir cavan oğlanın məzarı üzərində onun şəkli yerləşdirilib və altında yazılan ifadə xüsusi maraq doğurub:
"Nə baxırsan mənə? Mənim kimi, mən də baxmışam sənin kimi, sənə də baxarlar mənim kimi...".
Molla bildirib ki, bu sözlər insan həyatının nə qədər fani olduğunu göstərən ən təsirli mesajlardan biridir. O, çıxışı zamanı dünyanın müvəqqəti olduğunu vurğulayaraq insanları mənəvi dəyərlərə bağlı olmağa çağırıb:
"Odur ki, dünya fanidir. Bu dünyada Allaha bağlanmaqdan gözəli yoxdur".
Sözügedən fikirlər sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilər paylaşımın altına yazdıqları rəylərdə həyatın qədrini bilməyin və yaxşı əməllərlə yaşamağın vacibliyini qeyd ediblər./milli.az/