Maliyyə Nazirliyinin hesabatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsi 29 milyard 142,4 milyon manat gəlir əldə edib.
Medianews.az məlumatına görə, Dövlət Vergi Xidməti üzrə daxilolmalar 12 milyard 455,8 milyon manat, Dövlət Neft Fondundan köçürmə 10 milyard 860,7 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 748 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar 480,2 milyon manat, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat, başqa daxilolmalar 563,2 milyon manat göstərilir.
Dövlət büdcəsinin xərclərinin 24 milyard 668,2 milyon manat məbləğində rəsmiləşdiyi bildirilir.
2025-ci ilin dövlət büdcəsində 38 milyard 356 milyon manat gəlir, 41 milyard 407,6 milyon manat xərc nəzərdə tutulub.
Toğrul Əli,
Medianews.az