Medianews.az
İş adamı saxlanıldı -
57 baxış

İş adamı saxlanıldı - Oteli əxlaqsızlıq yuvasına çeviribmiş...

Beyləqan rayonu, Birinci Şahsevən kəndində yerləşən "Baza otel spa" adlı otelin müdiri saxlanılıb.

Medianews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1990-cı ildə Bakı şəhərində anadan olmuş Nicat Sadıqzadə oteli əxlaqsızlıq yuvası kimi istifadə etməkdə ittiham edilib.

Onunla bərabər otelin qeydiyyatçısı, 2000-ci il təvəllüdlü Turxan da saxlanılıb. Onların Cinayət Məcəlləsinin 244.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Nicat Turxana oteldə qalmaq üçün gələn adi müştərilərə otağın gününü 50 manatdan verməyi, dincəlmək üçün qadınla gələn kişi müştərilərə isə 70 manata verməyi tapşırıb. Turxan müştərilərdən aldığı pulları Nicata verib.

Nicat Sadıqzadə məhkəmədə özünü qismən təqsirli bilib və ifadəsində göstərib ki, otel faktiki olaraq onun bibisi oğlu Fərid Sadıqzadəyə məxsusdur. Bibisi oğlu Fərid qeyd edilən oteli idarə etməyi ona həvalə edib. Həmçinin qeyd edib ki, Turxanı yaxşı təlimatlandırmadığından müdir olduğu otel əxlaqsızlıq yuvası kimi istifadə olunub. Buna görə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə Nicad Sadıqzadə və Turxana 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onlara Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və bir il sınaq müddəti hesab edilməklə, cəza şərti hesab olunub.

Bizə qoşulun