Bakı restoranlarından birində müştəridən 794 manat hesab istəyiblər.
“Yeni Sabah”ın xəbərinə görə, bu, paytaxtın tanınmış məkanlarından olan “Love City” restoranında baş verib.
Müştəri hesabın fotosunu sosial şəbəkədə paylaşaraq yazıb ki, uşaqlar üçün təşkil olunan “paltar geyinib oynama” xidmətinin qiyməti 1 uşaq üçün 25 manat olsa da, bu məbləğin üzərinə əlavə olaraq 10 faiz xidmət haqqı da hesablanıb.
Şikayətçi bildirib ki, uşaqların əyləncə xidmətinə görə artıq ödəniş etdiyini, buna baxmayaraq servis haqqının da əlavə edilməsini düzgün saymır.
Ümumi məbləğ 794 manat olub, bunun 72 manatı xidmət haqqı kimi hesablanıb.
Sözügedən restorandan isə bildirilib ki, “Spa party” adlı xidmətin qiyməti bir uşaq üçün 35 manatdır. Bu zaman uşağa xüsusi paltar geyindirilir, xüsusi makyaj olunur və bütün bu prosedurlar həmin qiymətə daxildir: “10 faiz servis haqqı isə ümumi hesaba görə nəzərdə tutulan məbləğdir”.
