Bioloji normaya görə, hər 100 doğulan qıza 105-107 oğlan düşməlidir.
Medianews.az bildirir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildə hər 100 qıza 106 oğlan doğulub.
Sonrakı illərdə göstəricilər belə olub:
1993-cü il - 100 qıza 107 oğlan
1992-ci il - 100 qıza 108 oğlan
1994-cü il - 100 qıza 109 oğlan
1995-ci il - 100 qıza 110 oğlan
1997-ci il - 100 qıza 111 oğlan
1996 və 2022-ci illər - 100 qıza 112 oğlan
2023 və 2024-cü illər - 100 qıza 113 oğlan
1998, 2015, 2016, 2017, 2019 və 2020-ci illər - 100 qıza 114 oğlan
1999, 2000 və 2018-ci illər - 100 qıza 115 oğlan
2005, 2008, 2011, 2012, 2013, 2014 və 2021-ci illər - 100 qıza 116 oğlan
2001, 2002, 2004, 2006, 2007 və 2010-cu illər - 100 qıza 117 oğlan
2003 və 2009-cu illər - 100 qıza 118 oğlan.
Toğrul Əli,
Medianews.az