Medianews.az
5 ilin 10 populyar adı
906 baxış

5 ilin 10 populyar adı

Azərbaycanda son 5 ilin 10 populyar adının 4-ü oğlan, 6-sı qız adıdır.

Medianews.az Ədliyyə Nazirliyinə istinadla bildirir ki, 2021-2025-ci illərdə ölkədə doğulmuş oğlan uşaqlarına ən çox Uğur adı qoyulub: 7954 uşaq bu adı alıb.

7118 oğlana Əli, 6682 oğlana Hüseyn, 6451 oğlana Yusif adı məsləhət görülüb.

5 ilin ən populyar qız adı Zəhradır: 6864 uşağa bu ad verilib.

Zeynəb adı (5907 uşaq) ikinci, Məryəm adı (5878) üçüncüdür.

İlk sıralarda Aylin (5604), Nilay (5059) və Fatimə (4823) adları da var.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun