Medianews.az
Uşağın cinsini deyən həkim həbs olunmalıdır - <span style=color:red>Sosioloq
312 baxış

Uşağın cinsini deyən həkim həbs olunmalıdır - Sosioloq

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2025-ci ilin yanvar-may aylarında Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qız uşaqlarından çoxdur. Belə ki, sözügedən beş ayda doğulan uşaqların 53,2 faizi oğlan, 46,8 faizi qızdır. Sosioloq Elçin Bayramlı Medianews.az-a açıqlamasında bunu uşaq doğumunda cinsi disbalansın yaranması, demoqrafik nizamın pozulması kimi qiymətləndirib və qeyd edib ki, bu, mili genefonda çox ciddi təhlükə törədir: “Belə bir anormal vəziyyəti yaradan əsas səbəb selektiv abortlardır. Təəssüf ki, son dövrlər bir çox valideyn qız uşaqlarını ana bətnindəcə qətlə yetirir. Çünki oğlan uşağı istəyirlər. Nəticədə yeni doğulan uşaqların arasında qızların sayı azalır, oğlanların sayı çoxalır. Bu, gələcəkdə evlilik məsələsində də problemlər yaradacaq. Məsələn, oğlanlar evlənməyə qız tapa bilməyəcəklər. Eyni zamanda bu, sosial-mənəvi problemdir. Cinslər arasında seçim hansısa başqa məsələdə olar, amma bunu doğuma tətbiq etmək cinayətdir. Selektiv abort qətl hadisəsidir. Azərbaycanda bu məsələdə cəzalar yoxdur deyə proses rahat şəkildə həyata keçirilir. Açıq şəkildə adam öldürürlər. Ona görə dəfələrlə demişik: bunun qarşısını almaq üçün abort ən ağır cinayət hesab edilməlidir. Bunu edənlər, etdirənlər əmlakı müsadirə olunmaqla ömürlük həbs olunmalıdır. Yalnız bu halda problemin qarşısını almaq mümkündür”. Sosioloq qeyd edib ki, ümumiyyətlə ölkədə gənclərin də sayında digər yaş qrupları ilə müqayisədə anormal fərqlər üzə çıxır: “Bu, təkcə abortlarla deyil, həm də oğlanların daha çox xarici ölkələrə getməsi ilə bağlıdır. Gənclər kütləvi şəkildə xarici ölkələrə üz tuturlar. Nəticədə əhalinin ümumi sayında həm uşaqlar, həm gənclərlə bağlı disbalans yaranır. Bu, genofonda ciddi təhlükədir, demoqrafik vəziyyətin qeyri-sağlam olduğuna, cəmiyyətdə cinsi disbalansın yarandığına sübutdur. Ona görə dövlət orqanları prosesi xüsusi qanunla ciddi nəzarətə götürməlidir. Qeyd etdiyim kimi, cəzalar ağırlaşdırılmalıdır. Xüsusən də aborta nəzarət gücləndirilməlidir. Əslində həkimlər müayinə zamanı uşaqların cinsini deyə bilməz. Amma belə çıxır ki, deyirlər. Ona görə ciddi nəzarət və qanunu pozanlara qarşı ağır cəza olmalıdır. Məsələn, uşağın cinsini deyən həkim birbaşa əmlakı müsadirə olunmaqla uzun müddətə həbs edilməlidir. Elə etmək lazımdır ki, uşaq doğulana qədər valideyn onun cinsini – oğlan, ya qız olduğunu bilməsin. Çünki problem dərinləşə-dərinləşə gedir. Gələcəkdə cinsi balansı normaya salmq üçün bizə on illərlə vaxt lazım ola bilər. Fərq kritik həddə çatmamış qarşısını almaq lazımdır”. Medianews.az bildirir ki, müstəqilliyin bərpa olunduğu 1991-ci ildə Azərbaycanda hər 1000 kişiyə 1048,3 qadın düşüb. Sonrakı illərin cins nisbəti belə olub: 1992-ci il – 1000 kişiyə 1046,3 qadın 1993-cü il – 1000 kişiyə 1043,3 qadın 1994-cü il – 1000 kişiyə 1039,1 qadın 1995-ci il – 1000 kişiyə 1035,8 qadın 1996-cı il – 1000 kişiyə 1031,8 qadın 1997 və 1998-ci illər – 1000 kişiyə 1028,4 qadın 1999-cu il – 1000 kişiyə 1048,2 qadın 2000-ci il – 1000 kişiyə 1045,5 qadın 2001-ci il – 1000 kişiyə 1042,9 qadın 2002-ci il – 1000 kişiyə 1040,2 qadın 2003-cü il – 1000 kişiyə 1037,8 qadın 2004-cü il – 1000 kişiyə 1035,3 qadın 2005-ci il – 1000 kişiyə 1032,5 qadın 2006-cı il – 1000 kişiyə 1029,9 qadın 2007-ci il – 1000 kişiyə 1027,2 qadın 2008-ci il – 1000 kişiyə 1024,5 qadın 2009-cu il – 1000 kişiyə 1021,2 qadın 2010-cu il – 1000 kişiyə 1019,4 qadın 2011-ci il – 1000 kişiyə 1017 qadın 2012-ci il – 1000 kişiyə 1014,9 qadın 2013-cü il – 1000 kişiyə 1012,7 qadın 2014-cü il – 1000 kişiyə 1010,6 qadın 2015-ci il – 1000 kişiyə 1008,7 qadın 2016-cı il – 1000 kişiyə 1007,1 qadın 2017-ci il – 1000 kişiyə 1005,6 qadın 2018-ci il – 1000 kişiyə 1004,5 qadın 2019-cu il – 1000 kişiyə 1011 qadın 2020 və 2021-ci illər – 1000 kişiyə 1010,6 qadın 2022-ci il – 1000 kişiyə 1009,8 qadın 2023-cü il – 1000 kişiyə 1009,5 qadın 2024-cü il – 1000 kişiyə 1009,2 qadın 2025-ci il – 1000 kişiyə 1009,1 qadın. 1999, 2009 və 2019-cu illərin göstəriciləri əhalinin siyahıya alındığı tarixə, qalan illərin göstəriciləri ilin əvvəlinə olan rəqəmlərdir. Statistikadan göründüyü kimi, ümumən ölkədə qadınlar kişilərdən çox olsa da, illər ötdükcə qadınların sayı azalır. 1991-ci ildə hər 1000 kişiyə 1048,3 qadın düşürdüsə, 2009-cu ildə 1000 kişiyə 1021,2 qadın düşüb. Sonrakı illərdə qadınların sayı bəzən artsa da, hələ ki, heç bir göstərici nəinki 1990-cı illərdəki, hətta 2009-cu ildəki səviyyəyə çatmayıb. 1000 kişiyə 1021,2 qadının düşdüyü 2009-cu ilin göstəricisi özündən əvvəlki bütün illərlə müqayisədə ən aşağı göstərici olsa da, özündən sonrakı bütün illərin ən yuxarı göstəricisinə çevrilib. 2025-ci il iyunun 1-nə olan rəsmi məlumata görə, hazırda Azərbaycan əhalisinin 49,8 faizi kişi, 50,2 faizi qadındır. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun