16.07.2025, 15:54
169 baxış
Azad
İsrailin müdafiə naziri: “Ağrılı zərbələr başlandı”
İsrailin müdafiə naziri İsrael Katz Suriya Müdafiə Nazirliyi Baş Qərargahının paytaxt Dəməşqdəki binasına endirilən hava zərbələri ilə bağlı videonu sosial mediada paylaşıb.
Medianews.az-ın məlumatına görə, nazir paylaşımına bu sözləri əlavə edib: “Ağrılı zərbələr başlandı”.
İsrail son günlər Suriyada bir sıra hava hücumları həyata keçirir. Rəsmi Tel-Əviv bu addımı ölkədəki ərəb mənşəli druz azlığını müdafiə etmək öhdəliyi ilə əsaslandırır. Suriyada hökumətə sadiq qüvvələrlə druzlar arasında baş verən toqquşmalar fonunda İsrail öz əməliyyatlarını genişləndirir.
Son hava zərbələri zamanı hansı miqyasda dağıntıların baş verdiyi, neçə adamın öldüyü və ya yaralandığı hələlik bilinmir.
İsrailin müdafiə naziri Katz Dəməşqə zərbələrdən az əvvəl bəyan etmişdi ki, Suriya hökumət qüvvələri Suveyda şəhərindən geri çəkilməsə, İsrail əməliyyatları daha da intensivləşdirəcək.
Qeyd edək ki, ötən həftə sonu Suveydada druzlardan ibarət qruplarla bədəvi ərəblər arasında qarşıdurmalar yaşanıb və bu, Suriya rejiminin bölgəyə müdaxiləsinə səbəb olub.
Medianews.az
Paylaş: