Medianews.az
Ronaldu karyerasını bu klubda davam etdirəcək - <span style=color:red>Özü açıqladı
114 baxış

Ronaldu karyerasını bu klubda davam etdirəcək - Özü açıqladı

UEFA Millətlər Liqasının bu gecə baş tutan final oyununda İspaniyanı məğlub edərək (2:2, penaltilər 5:3) ikinci dəfə turnirin qalibi olan Portuqaliya millisinin 40 yaşlı hücumçusu Kriştianu Ronaldu karyerasını harada davam etdirəcəyini açıqlayıb. Onun sözlərini şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano belə çatdırıb: "Prinsipcə nəsə dəyişməyəcək. "Əl-Nəsr"də qalırammı? Hə". Ronaldunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə indiki müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Geridə qalan mövsümdə "Əl-Nəsr" forması ilə bütün turnirlərdə 41 matça çıxan Kriştianu 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. /Fanat.Az

Bizə qoşulun