Medianews.az
"Qalatasaray" heyətini erməni futbolçu ilə <span style=color:red>gücləndirə bilər
192 baxış

"Qalatasaray" heyətini erməni futbolçu ilə gücləndirə bilər

"Qalatasaray" klubu "Krasnodar"ın futbolçusu Eduard Spertsyanı transfer etmək istəyir. Oxu.Az xəbər verir ki, "sarı-qırmızılar" komandadan ayrılan Dris Mertensin boşluğunu erməni pleymeyker ilə doldurmağı planlaşdırır. Oyunçu tərəfi razı salınarsa, bu keçid baş tutacaq. Bu barədə "Qalatasaray"a yaxın jurnalistlərdən olan Arda Özkurt məlumat yayıb. Spertsyan 2018-ci ildən "Krasnodar"ın əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə komandası ilə Rusiya çempionu olub. 24 yaşlı futbolçu Ermənistan yığmasında 32 oyuna çıxıb və 6 qol vurub. "Transfermarkt" portalına görə, onun dəyəri 20 milyon avrodur.

Bizə qoşulun