29.05.2025, 09:49
105 baxış
Azad
Müdafiə Nazirliyi: “Ermənistanın yaydığı məlumat növbəti dezinformasiyadır”
“Mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir”.
Medianews.az bildirir ki, Azərbaycan Müdafiə Nazirliyinin mayın 29-da yaydığı açıqlamada belə deyilir.
Açıqlamada daha sonra vurğulanır: “Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir.
Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır”.
Medianews.az