20.05.2025, 11:14
114 baxış
Azad
Azərbaycanın ikinci əl avtomobil bazarında CİDDİ GERİLƏMƏ
"Azərbaycanın ikinci əl avtomobil bazarında ciddi geriləmə var". Jurnalist, texnobloger Fərid Pərdəşünas Medianews.az-a açıqlamasında belə deyib.
O bildirib ki, artıq 200.000 kilometrdən çox yol getmiş avtomobilləri satmaq müşkül məsələyə çevrilib: "İnsanlar ikinci, üçüncü əl avtomobilə 20.000 manat verməkdənsə yeni Çin avtomobilləri almağı üstün tuturlar.
Bir neçə gün əvvəl gömrükdə olan maşınlara baxırdım. Gömrüyə avtovazlar üzərində BYD daşıyan karvanlarla daxil olur. İnsanlar bu maşınlardan beş-beş, on-on alır və taksi üçün istifadəyə buraxaraq kiçik biznes yaradırlar.
Bakı şəhərinin avtoparkında demək olar ki, artıq Çin avtomobilləri lider mövqeyə gəlir. Əvvəlki kimi Çin maşınlarına güclü etibarsızlıq da yoxdur. Risk edirlər, alırlar və razı olanlar da çoxdur. Bu da öz növbəsində ili ötmüş, çox getmiş maşınların bazarına ağır zərbə vurur. Alverçilər bu məsələdən ciddi şikayət edirlər".
Toğrul Əli,
Medianews.az
Paylaş: