19.05.2025, 14:21
167 baxış
Azad
Azərbaycanda superkompüter infrastrukturu: nə vaxt fəaliyyətə başlayacaq?
“Artıq "NVİDİA H200" Qazaxıstandadır. Trampın Yaxın Şərqə səfərindən, BƏƏ Şeyxinin də bu ölkəyə səfərindən sonra nəhayət ki, Qazaxıstan istəyinə nail olub. Qazaxıstan rəsmiləri açıqlayıblar ki, artıq regionun ən güclü superkompüteri ölkədədir və süni intellekt sahəsində infrastruktur işlərinə start verilib”. Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Medianews.az-a açıqlamasında belə deyib.
O qeyd edib ki, Azərbaycanda süni intellekt infrastrukturun, hesablayıcı güclərin yaradılması ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi məşğuldur: “Hər iki qurum tərəfindən bu istiqamətində müəyyən addımlar atılıb. İqtisadiyyat Nazirliyinin dəstəyilə CASPEL şirkətinin formalaşdırdığı Superkompüter Mərkəzinin artıq hazır olduğu bildirilir. Hələlik heç bir qurum superkompüter infrastrukturunun nə zaman fəaliyyətə başlayacağı, hansı sektorlara yönələcəyi və xidmət tarifləri haqda rəsmi açıqlamalar verməyib”.
Nailə Qasımova,
Medianews.az
Paylaş: