13.05.2025, 07:40
110 baxış
Nailə
Türkiyədə zəlzələ oldu
Egey dənizində 4,9 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Bodrum rayonundan 137 km qərbdə – Egey dənizində qeydə alınıb.
Zəlzələnin ocağı 7 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat qeydə alınmayıb.