Medianews.az
Mertsdən qisas alıblar - Onu kansler seçilməyə <span style=color:red>BU QADIN QOYMAYIB - FOTO
124 baxış

Mertsdən qisas alıblar - Onu kansler seçilməyə BU QADIN QOYMAYIB - FOTO

Mayın 6-da Almaniya Bundestaqında Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Mertsin kansler seçilməsi ilə bağlı səsvermə keçirilib. F.Mertsin kansler seçilməsi üçün parlamentin 630 deputatından 316-sının səsi tələb olunduğu halda, onun lehinə 310, əleyhinə 307 nəfər səs verib, 3 nəfər bitərəf qalıb. Koalisiya hökumətində yer alan partiyalar - CDU, Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokrat Partiyası (SPD) parlamentdə 328 deputat mandatına sahib olduğundan F.Mertsin ilk turda seçiləcəyi gözlənilirdi. Bu hal Almaniya tarixində ilk dəfə baş verir. İndiyədək heç vaxt Bundestaq seçkisindən və uğurlu koalisiya danışıqlarından sonra təyin edilmiş kansler parlamentdə səsvermədə uğursuzluğa düçar olmayıb. Almaniya Konstitusiyasının 63-cü maddəsinə əsasən, iki həftə ərzində səsverməni. ikinci turu keçirilməlidir. Bu seçkilərdə də deputatlardan yarıdan çoxunun səsi lazımdır. Zəruri hallarda digər şəxsin namizədliyi irəli sürülə bilər. Əgər həmin vaxt da tələb olunan çoxluq əldə olunmasa, üçüncü tur keçirilir. Üçüncü turda kanslerin seçilməsi üçün səsvermədə iştirak edən deputatların sadə səs çoxluğu kifayət edir. [caption id="attachment_822324" align="alignnone" width="960"] Saskiya Esken[/caption] Almaniyada yaşayan azərbaycanlı jurnalist Sarvan Səmədoğlu Medianews.az-a deyib ki, CDU və CSU daxilində danışırlar ki, Mertsin kansler seçilə bilməməsi üçün çatışmayan səslərə SPD həmsədri xanım Saskiya Esken və onun bəzi partiyadaşları səbəb olub. İddialara görə, S.Esken F.Mertsin kölgə kabinetində nazir postunu tuta bilmədiyinə görə qisas alıb… Medianews.az

Bizə qoşulun