Medianews.az
"Odisseya"nın aktyor heyəti <span style=color:red>bəlli olub
105 baxış

"Odisseya"nın aktyor heyəti bəlli olub

Hollivudun ulduz aktrisaları Enn Heteuey ilə Şarliz Teronun "Odisseya" filmində rol alacaqları və həmçinin hansı personajları oynayacaqları məlum olub. Medianews.az bildirir ki, rejissor Kristofer Nolanın qarşıdan gələn blokbasteri, yeni çəkilən "Odisseya" filmi qızğın müzakirələrə səbəb olub. Bu ekran əsərinin böyük uğur qazanacağına şübhə ilə yanaşmayan yunan mediası həmçinin təəssüflə vurğulayıb ki, Hollivuddan öncə yerli kino sənayesi belə bir ideyanı həyata keçirə bilərdi. Artıq bu yeni filmin əsas aktyor heyəti və onların oynayacağı personajların siyahısı da üzə çıxıb. Belə ki, Hollivud aktyoru Mett Deymon, daha öncədən xəbər verildiyi kimi, İthaka kralı Odisseyin rolunu oynayacaq. Aktyor Tom Holland isə bu filmdə kralın oğlunu canlandıracaq. Filmin süjetinə görə, məhz kral oğlu Telemah Troya müharibəsindən sonra yoxa çıxan atasını tapmaqdan ötrü böyük səyahətə çıxır. Yeni ekran əsərində Enn Heteuey Odisseyin arvadı Penelopa rolunu oynayacaq. Şarliz Teronun isə bu filmdə sehrbaz obrazını canlandıracağı gözlənilir. Lakin Hollivud insayderləri artıq onun rola təsdiqləndiyi barədə məlumat aldıqlarını bildiriblər. Rejissor Kristofer Nolanın "Odisseya" adlı filmində əsas rollarda olacaq aktyorların, aktrisaların siyahısında yer almış, həm də artıq təsdiqlənmiş və bir neçə müddətdir ki, çəkilişlərdə belə iştirak edən Hollivud məşhurları bunlardır: Mett Deymon - Odissey Enn Heteuey - Penelopa Tom Holland - Telmah Zendeya - İlahə Afina Şarliz Teron - Sirseya Benni Sefdi - Aqamemnon Lupita Nionqo - Klitemnestra. Medianews.az

Bizə qoşulun