Medianews.az
Ukraynadan Azərbaycana qeyri-sabit axın gəlir - <span style=color:red>Hava proqnozu
130 baxış

Ukraynadan Azərbaycana qeyri-sabit axın gəlir - Hava proqnozu

“İnstagram” sosial şəbəkəsində dəqiq proqnozları ilə diqqət çəkən Weather_man_azehesabında may ayaının əvvələrinə aid hava proqnozu yayılıb. Medianews.az-ın məlumatına görə, proqnozda deyilir ki, mayın əvvəlləri qeyri-sabit hava davam edəcək. Bu ərəfədə buludluluq üstünlük təşkil edəcək və Günəş daha az görünəcək. May ayının ilk iki günü əsasən Naxçıvan, Qərb, Şimal/Qərb və Cənub bölgələrinin müxtəlif ərazilərində qısamüddətli yağışlar davam edəcək. Mayın 2-si Bakı və Abşeronda güclü Cənub küləyi əsəcək (20-25m/s). Mayın 2-si gecədən isə ölkə ərazisinə Ukrayna üzərindən qeyri-sabit axın gələcək. Bu Şimal axını nəticəsində Bakı və Abşeronda ayın 3-də Şimal küləyi güclənəcək (20-25m/s). Günün ikinci yarısı yarımadanın müxtəlif yerlərində yağış yağacaq. Mayın 4-də xüsusən günün ilk yarısı külək davam edəcək və günün ikinci yarısında mülayimləşəcək. Bölgələrimizdə də buludluluq artacaq və 3-5 may tarixlərində müxtəlif bölgələrimizdə yağış yağacaq, arabir Şərq küləyi güclənəcək. Temperaturda ciddi enmələr olmayacaq. Mayın 5-də Ukrayna axını ölkəmizi tərk edəcək. Bu axının ardınca növbəti qeyri-sabit axınlar gələcək. Bu barədə daha sonra məlumat veriləcək. Medianews.az

Bizə qoşulun