Medianews.az
Nizami Rəmzinin qızından Elza və Namiqə: <span style=color:red>“Ay bədbəxtlər, insanları siz pozdunuz, itə, pişiyə şeir yazan...”
1,000 baxış

Nizami Rəmzinin qızından Elza və Namiqə: “Ay bədbəxtlər, insanları siz pozdunuz, itə, pişiyə şeir yazan...”

“Elza Seyidcahanı efirə çağırıblar. Oturub orada Əliağa Vahiddən danışıb. Gör kim Vahiddən danışır? İtə-pişiyə şeir yazan.. Meyxanaçıları öz aləmində ayırır. Sonda da dedi ki, bu biri meyxanaçılar keyxanaçıdır, amma Namiq Qaraçuxurlu musiqili meyxana yazıb. Ay tuxta şeir yazan, Elza! Sən kimsən ki, kiməsə söz atıb, söz deyirsən? Musiqili meyxananı yaradan, sevdirən mənim atam Nizami Rəmzidir. Nizaminin sənətini niyə alçaldırsan? Atam Filarmoniyada konsert verəndə binanın şüşələrini sındırıb içəri girirdilər. Mənim o vaxt 19 yaşım var idi. İçəridə yer yox idi, hamı yerdə oturmuşdu. Sonra böyük saraylarda konsert verdi ki, hamı gələ bilsin. Tankları qoymuşdular Filarmoniyanın qarşısına ki, camaata nəzarət etsinlər. Elzanın bunlardan xəbəri yoxdur axı. Azərbaycanın elə bir bölgəsi yox idi ki, orada konsertlər verməsin. Musiqili meyxananı Nizami Rəmzi efirə çıxartdı. Mən öz son zəng günümə atamı çağırmağıma peşman oldum. Bakının elə bir bölgəsi qalmadı ki, oradan 52 saylı məktəbə adam gəlməsin. Nizamiyə sevgi bu cür idi. Bu sevgi deyildi ki?” Bu sözləri Medianews.az saytına mərhum meyxanaçı-qəzəlxan Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O bir qrup məşhur simaların efirlərdən tamaşaçılara nümunə olmadığını dilə gətirib: “Biri bu insanın cavabını verməlidir. Hara baxır bu televiziya rəhbərləri? Niyə buna icazə verirlər ki, efirlərdə çıxıb o şeirlərini səsləndirsin? İnsanın bütün əsəbləri ilə oynayır. Bu qədər camaatı bezdirən insanı niyə efirlərə çıxarıb, camaatı dəli edirlər? İnsanların əsəbi ilə oynayır. Efirlərimizi Aygün, Namiq və Elza pozdu. Əvvəl o adlarını çəkdiklərim efirlərdə bir-birlərinin ünvanına beldən aşağı sözlər dedilər, sonra da Elza o “möhtəşəm” şeirlərini yazdı. Bunları efirə buraxmaqla gənclərin əxlaqını pozdular”. Heyran Baxşıyeva iddia edib ki, Namiq Qaraçuxurlu atasını yamsılayır: “Namiq ömür billah Nizami Rəmzini yamsılayıb. Ay Elza, sən kökü qoyub, niyə budaqları tərifləyirsən? Namiqin əgər belə istedadı varsa qoy özü ilə tanınsın da. Nizaminin adı ilə guya özünü “sevdirir”. Nizaminin tökdüklərini təkrarlayırlar. Onun meyxanaları, mahnıları ilə tanındılar da. Namiq monopoliya yaradıb. Efir aparıcılarına, müğənnilərə tapşırıb ki, bundan sonra efirlərdə nəsə danışanda məni meyxananın kralı kimi göstərin. Gah dedi mənə brend deyin, gah dedi şrek deyin, gah dedi trend deyin. Efirə çıxır, əli də cibində. Elə bil tində dayanıb. Efirdə deyir ki, səsim cənubi Azərbaycanda “Qızıl fond”-a düşüb. Ay bədbəxt, Nizaminin səsi “Qızıl fond”-a düşəndə sən küçədə beşdaş oynayırdın. Nə kəsərli, sanballı sözün var ki, “Qızıl fond”-a da düşəsən?! Aygünə eşqdən dediyin sözləri salsınlar fonda?”. Əli Əsgər Medianews.az

Bizə qoşulun