Medianews.az
Alzheimer xəstəliyindən necə qorunmaq olar?
117 baxış

Alzheimer xəstəliyindən necə qorunmaq olar?

“Müəyyən pəhrizə riayət etməklə özünüzü Alzheimer xəstəliyindən qorumaq mümkündür”. Medianews.az xəbər verir ki, bunu psixiatr Alexander Olmos deyib. Olmosun qeyd etdiyi kimi, bir çox insanlar müəyyən bir pəhrizin yalnız həzm və çəkiyə təsir etdiyinə inanırlar. Lakin reallıqda gündəlik qidalanma da beynin fəaliyyətinə təsir göstərir. “Aralıq dənizi pəhrizi yaddaşı yaxşılaşdırır, koqnitiv tənəzzülü ləngidir və Alzheimer xəstəliyindən qoruyur", - ekspert bildirib. Həkimin sözlərinə görə, bu pəhriz növü çoxlu tərəvəz, meyvə, qoz-fındıq, paxlalı bitkilər, balıq və zeytun yağı yeməkdən ibarətdir. Eyni zamanda, həkim ultra işlənmiş qidalardan, doymuş yağlardan və əlavə edilmiş şəkərdən imtina etməyi məsləhət görüb. Olmosun izah etdiyi kimi, belə bir pəhriz bağırsaq mikrobiomu ilə bağlı problemlərə gətirib çıxarır ki, bu da beynin fəaliyyətinə mənfi təsir göstərir. Medianews.az

Bizə qoşulun